Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:10

Hüquq müdafiəçisi: ‘Əhsən Nuruzadə ‘kars’a salınıb’


Əhsən Nuruzadə

“Müsəlman Birliyi" Hərəkatının üzvü Əhsən Nuruzadənin saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində "kars"a (cərimə kamerasına) salındığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən hüquq müdafiəçisi Oqtay Gülalıyevin sözlərinə görə, Əhsən Nuruzadənin neçə günlük cəzalansırıldığını dəqiqləşdirə bilməyiblər:

"Verilən məlumata görə, Əhsən Nuruzadə müəssisə rəisinin yanına çağırılıb, sonra isə “kars”a göndərilib. Ondan bu yaxınlarda cəzaçəkmə müəssisəsinə gələn bəzi məhkumlarla ünsiyyət qurmamaq və onlara heç bir kömək etməmək tələb olunub".

Penitensiar Xidmət: “Əgər, dediyiniz şəxs...”

Bu məsələni Penitensiar Xidmətindən nə təsdiq, nə də inkar ediblər.

“Turan” agentliyinin xəbərinə görə, Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyib ki, cəzaçəkmə müəssisələrinin nizam-intizam qaydaları var və hər məhkum onlara riayət etməlidir:

"Məhkum onları pozanda müxtəlif tənbeh növləri var, cərimə otağı bu növlərdən biridir. Əgər, dediyiniz şəxs həqiqətən də cərimə otağına salınıbsa, deməli qaydanı pozub".

Xatırlatma

Əhsən Nuruzadəni 2017-ci ilin oktyabrın 6-da Daxili İşlər Nazirliyinin ( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib.

O, 2018-ci ilin martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il azadlıqdan məhrum olunub. Əhsən Nuruzadə ittihamı qəbul etmir və onu qurama sayır.

Yaxınları Əhsən Nuruzadəni əvvəllər də iki dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının saxladığını, günlərlə onun yeri haqqında heç bir məlumat verilmədiyini söyləyiblər.

Ardınca da hər dəfə ona 10 sutka inzibati həbs cəzası verildiyi açıqlanıb. Yaxınlarının verdiyi həmin məlumatlara görə, hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

Həmin vaxt yaxınlarının bu açıqlamalarına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG