Keçid linkləri

2025, 14 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Əfqan Muxtarlı ailəsinə zəng vurub


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Həbsdə olan jurnalist Əfqan Muxtarlı bu gün, sentyabrın 25-də həyat yoldaşına zəng vurub.

Bu barədə onun xanımı Leyla Mustafayeva bildirib.

Leyla Mustafayevanın qeyd etməsinə görə, o aclıq aksiyası keçirməsindən və onu dayandırmasının səbəblərindən danışıb.

Xanımının bildirdiyinə görə, jurnalist vurğulayıb ki, aclıq aksiyasının 3-cü günü gözündə kəskin ağrılar başlayıb: "Ağrıları, hələ də keçməyib. Təcili müayinəyə ehtiyacı olduğunu bildirdi".

Jurnalistin şəkərli diabetdən əziyyət çəkdiyi söylənir.

Xanımının Əfqan Muxtarlının səhhəti ilə bağlı dediklərinə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Əfqan Muxtarlı sentyabrın 22-də aclıq aksiyasına başladığını açıqlamışdı. Sentyabrın 24-də aclığı dayandıran jurnalist onunla görüşə gələn vəkili Nemət Kərimliyə müəssisədə zorakılıq edilməsinə etiraz etdiyini vurğulamışdı.

Vəkil Nemət Kərimli də sentyabrın 20-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində kobud davranışıla üzləşdiyini açıqlamışdı.

O bununla bağlı sentyabrın 23-də Sabunçu rayon Prokurorluğuna da şikayət edib. Amma öz növbəsində Penitensiar Xidmət də vəkilə müəssisədə zorakılıq edilməsi ilə bağlı şikayəti inkar edib.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı 6 il həbs cəzası alıb. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib. O, ittihamları qurama sayır.

2014-cü cü ildən mühacirətə gedən jurnalist Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib.

O bu məsələdə Gürcüstanın hüquq-mühafizə orqanlarını da günahkar sayır.

Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsassız olduğunu açıqlamışdı.

XS
SM
MD
LG