Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:52

Əfqanıstan hökuməti Talibana qarşı əlavə qüvvələr göndərir


Loğar vilayətində Talibana etiraz

Tacikistanda 7 min nəfərlik hərbi bazası olan Rusiya Əfqanıstanın şimalında vəziyyəti diqqətli izlədiyini bildirib

Əfqanıstan hökuməti ölkənin şimalında sürətlə irəliləyən Taliban silahlı qruplaşmasına qarşı yüzlərlə xüsusi təyinatlı və döyüşçü göndərib.

Qruplaşma ölkənin şimalında son iki ayda onlarla rayonu ələ keçirib. Bu, beynəlxalq qüvvələrin Əfqanıstandan çıxdığı bir dönəmə düşür.

“İtirilən əraziləri düşməndən” geri almaq

Müdafiə Nazirliyinin sözçüsü Favad Aman deyib ki, hökumət “itirilən əraziləri düşməndən” geri almaq üçün böyük hücum planlaşdırır.

“Qüvvələrimiz quruda bu əməliyyata hazırlaşırlar”, – Aman iyulun 6-da “Frans Pres” xəbər agentliyinə deyib.

İyulun 6-da əsgərlər və hökumətyönlü döyüşçülər şimaldakı Taxar və şimal-şərqi Badaxşan vilayətlərinə yerləşdiriliblər. Taliban son həftələr burada böyük əraziləri döyüşsüz ələ keçirib.

İyulun 5-də isə 1030 əfqan əsgərin Tacikistana keçdiyi xəbəri yayılıb.

Tacikistan hazırlıq görür

Tacikistan hakimiyyəti Əfqanıstanla 1357 kilometrlik sərhədin üçdə ikisinin Talibanın nəzarətində olduğunu, bu ölkədən qaçqın axınına hazırlaşdığını bildirib.

İyulun 5-də təhlükəsizlik iclasından sonra Tacikistan Prezidenti Emomali Rahmon Əfqanıstanla sərhədə 20 min ehtiyat zabit yerləşdirmək göstərişi verib.

Tacikistanda 7 min nəfərlik hərbi bazası olan Rusiya Əfqanıstanın şimalında vəziyyəti diqqətli izlədiyini bildirib.

Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib ki, Tacikistan-Əfqanıstan sərhədində təhlükəsizliyi təmin etmək üçün hərbi baza tam təmin olunub, Moskva gərəkərsə, “əlavə addımlar” atmağa hazırdır.

ABŞ Prezidenti Co Bayden apreldə əsgərlərin sentyabradək Əfqanıstandan çıxarılacağını açıqladı. Bundan sonra Taliban dərhal hücuma başladı və hazırda ölkənin üçdə birinə nəzarət edir.

Şərhlər

XS
SM
MD
LG