Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyasının sədri bildirib ki, təşkilatın ölkənin qərbindəki Qor vilayətindəki nümayəndəsi Taliban tərəfindən oğurlandıqdan sonra meyiti tapılıb.
Abdul Samad Amirinin Kabildən Qora gedərkən Maydan Vardak vilayətinin Calriz ərazisində Taliban tərəfindən oğurlandığı xəbər verilir.
Komissiyanın sədri xanım Shaharzad Akbar bu barədə sentyabrın 5-də özünün Twitter hesabında yazıb.
https://twitter.com/ShaharzadAkbar/status/1169607635890343936
Shaharzad Akbar bildirir ki, cənab Amirinin cənazəsi Kabilə gətiriləcək.
Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyasının sədrləri prezident tərəfindən təyin edilir.
Taliban hələlik cənab Amirinin ölümü barədə heç bir şərh verməyib.
Amnesty International bu qətli “hərbi cinayət” adlandırıb.
https://www.amnesty.org/en/latest/news/2019/09/afghanistan-killing-of-human-rights-defender-is-a-war-crime/
Bu qətldən iki həftə əvvəl Amnesty International xəbərdarlıq etmişdi ki, Əfqanıstanın insan haqları müdafiəçiləri həm hakimiyyət, həm də silahlı qruplar tərəfindən hücumlara məruz qalır.