Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:51

İngiliscə bilmədən əcnəbi turisti qiymətdə aldatmaq


Turistlər Bakının nəyini bəyənir, nəyini bəyənmir?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Turistlər Bakının nəyini bəyənir, nəyini bəyənmir?

Azərbaycanda xidmət sektorunda keyfiyyət, özəlliklə də əcnəbi turistlərin gözündə, hansı səviyyədədir? Turistləri Azərbaycanda nə razı salır, nə narazı?

Omanlı turist Javahir Əlseyidi Azərbaycanda insanların qonaqpərvərliyindən, onların mehribanlığından ağızdolusu danışır. Deyir ki, bircə kafe, restoranlarda, taksilərdə və digər xidmət sahələrində ingilis dilində danışanların azlığı onlara problem yaradır:

“İngilis dili problemdir. Çox az insan səni başa düşür. Ən böyük rastlaşıdığımız problem budur. Bir də bəzən taksilərdə qiyməti baha deyirlər. Amma biz 10-15 manata görə danışığa getmirik, dedikləri məbləği veririk”.

Elə bu günlərdə Bakıya məzuniyyətə gələn, ABŞ-ın Rutgers Universitetində çalışan Qubad İbadoğlu da üzləşdiyi bir hadisəni öz Facebook hesabında paylaşıb.

O yazır ki, ABŞ-dan gələn qonaqlarla birgə bir taksi xidmətindən istifadə edib. Yolda sürücüdən kondisioneri yandırmağı xahiş edib və sürücü buna görə onlardan əlavə 1,5 manat ödəniş istəyib.

“Səbəbini soruşanda yolun yarısını kondisionerdən istifadə edərək sürdüyünü bildirdi və izah etdi ki, kondinsioner işləyərkən mühərrik daha çox benzin "yeyir". Hesab edirəm ki, belə halların baş verməsinin bir səbəbi də korporativ idarəçilikdə boşluqlardır. Odur ki, taksi sifariş verəndə kondisionerlə və kondisionersiz qiymətləri ayrıca soruşun”.

Taksilərdə, kafe və restoranlarda xidmətin keyfiyyəti tez-tez yerli medianın müzakirə mövzusuna çevrilir.

Elə ötən ay Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk Assambleyasında bu məsələ də müzakirə olunub.

Həmin tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev vurğulayıb ki, turizmdə xidmət səviyyəsinin keyfiyyəti ən vacib amillərdən biridir.

İlk assambleyada müxtəlif turizm agentlikləri və sahibkarlar ölkədə turizmin durumunu, problemlərin həlli yollarını müzakirə ediblər.

Sərhəd Xidmətinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1,4 milyon nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Robert və Anna Avstriyadan Bakıya bir dostlarının toyunda iştirak etməyə gəliblər. Onlar deyirlər ki, Avropadan Bakıya gəlmək çox çətindir. Əvəlla Bakıya birbaşa reys yoxdur. Tranzitlə isə həm vaxt itirirlər, həm də pul:

“Təyyarə biletləri bahadır. Bakıya gəlmək üçün istanbula, ordan da Bakıya uçmaq lazım olur. Üstəlik viza üçün də ödəniş lazımdır”.

Robert və Anna deyir ki, Bakıdakı dostları onları hər yerə öz maşını ilə aparıb. Amma deyirlər ki, onlar da Bakıda əsasən taksilərdə ehtiyatlı olmaqla bağlı xəbərdarlıq alıblar.

Əcnəbi 102-yə zəng etsin

Bakıdakı Gerso Travel turizm şirkətinin rəhbəri Rəvan Qulamlı da deyir ki, taksi xidmətində problemlər qalır. Amma ötən illərlə müqayisədə kafe və restoranlarda xidmətin keyfiyyəti xeyli artıb. İngilis dilində menyular var, turistlərə daha çox ingilis dilini bilən əməkdaşlar xidmət edir:

“Əsasən qiymətlə bağlı problem olur. Məsələn, bir əcnəbi taksiyə oturanda ona 10-15 manat deyirlər, gəlib hotelə çatanda bildirirlər ki, manat yox, dollar deyiblər. Biz öz turistlərimizi öncədən məlumatlandırırıq, onlara bildiririk ki, belə hallar var bununla rastlaşdıqda 102 xidmətinə müraciət edə bilərlər. DİN-in 102 saylı qaynar xətt xidmətində ingilisdilli əməkdaşlar da var, onlar problemi elə yerindəcə həll edirlər”.

Rəvan Qulamlı bildirir ki, onlar bu il 1500-ə qədər əcnəbi turist qəbul ediblər və turistlərin gəlişi də davam edir.

Bakıda taksi fəaliyyəti fərdi və müxtəlif özəl şirkətlər vasitəsilə həyata keçirilir. Müxtəlif özəl taksi şirkətlərinin reklamlarında sürücülərin xarici dil və davranış qaydaları ilə bağlı təlimlərdən keçdikləri bildirilir. Bakıda taksi sürücüsü Amil Abbasov da təsdiqləyir ki, bəzi sürücülər əcnəbi turist görəndə onları qiymətdə aldatmağa çalışır:

"Təəssüf ki, belə hallar var. Mən şəxsən buna çox pis baxıram. Mənə görə, artıq tamah baş yarar. Belə hallar olmasa yaxşıdır. Məncə, həm tamaha görə, həm də bizim pulun dəyəri çox aşağıdır deyə sürücülər bu cür yollara əl atmağa məcbur qalır. Elə sürücülər var ki, çoxuşaqlı ailəsi var, o da necəsə onu dolandırmalıdır".

Dövlət Turizm Agentliyi isə turistlərə göstərilən xidmətin keyfiyyətini artırmaq üçün Bakıda informasiya mərkəzləri yaradıb. Həmin mərkəzlərdə turistlər məlumatlarla yanaşı, rastlaşdıqları problemlər haqda da məlumat verə bilərlər.

Amma bu ilin mayında prezidentin yeni imzaladağı strateji yol xəritəsində əsas hədəflərdən biri də turizm sahəsinin inkişafıdır. Müstəqil ekspertlər isə bildirirlər ki, bu sahədə inkişaf həm də xidmətin keyfiyyətindən aslıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG