Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 22:30

Əbülfəs Qarayev işdən çıxarıldı


Ə.Qarayev
Ə.Qarayev

Prezident İlham Əliyev bugün, mayın 21-də Əbülfəs Qarayevi Mədəniyyət naziri vəzifəsindən azad edib.

İki həftə öncə, mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirərək, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və bu nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu saxlayıb. Onlar haqqında daha sonra məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hər iki şəxs mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır.

İttihama həmin şəxslərdən və ya onların vəkillərindən münasibət almaq, hələlik, mümkün olmayıb.

Ə.Qarayev 2018-ci ildən bu vəzifəni tuturdu. O, 1994-cü ildən 2001-ci ilə qədər Gənclər və İdman naziri, sonra 2006-ci ilə kimi Gənclər, İdman və Turizm naziri, daha sonra da 2018-ci ilə qədər Mədəniyyət və Turizm naziri vəzifəsində çalışmışdı.

XS
SM
MD
LG