Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:12

Ukraynada İŞİD-in gürcüstanlı liderinin tutulduğu bildirilir


Al Bara Shishani
Al Bara Shishani

Ukraynanın təhlükəsizlik xidməti SBU bildirib ki, Gürcüstanın Daxili İşlər Nazirliyi və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini ilə birgə apardıqları əməliyyat nəticəsində Kiyev vilayətində İslam Dövləti ekstremist qruplaşmasının liderlərindən biri saxlanıb.

Gürcüstan vətəndaşı olan bu şəxsin Al Bara Shishani adı ilə tanındığı və ən geci 2012-ci ildən İŞİD üzvü olduğu xəbər verilir.

SBU-nun noyabrın 15-də açıqlanmış bəyanatında deyilir:

"O 2013-cü ildə İŞİD-də ən yüksək vəzifələrindən birini tutaraq Abu Umar ash-Shishani adı ilə tanınan hərbi əmirin müavini təyin edilib. 2016-cı ildə əmirin məhv edilməsindən sonra Al Bara Shishani Türkiyəyə keçib və oradan terrorçu təşkilatın fəaliyyətinin koordinasiyasını davam etdirib”.

SBU bildirir ki, Shishani 2018-ci ildə saxta pasportla Ukraynaya gəlib və burada yaşayır. O burada da terrorçuların fəaliyyətlərinin əlaqələndirilməsi ilə məşğul olub.

SBU bildirir ki, Shishani Kiyevin rayonlarından birində, yaşadığı evin qarşısında saxlanıb.

Onun barəsində keçirilmiş foto ekspertizası saxlananın həqiqətən də axtarışda olan İŞİD liderlərindən biri olduğu təsdiqlənib.

Hazırda Al Bara Shishani-nin Ukraynada baş vermiş cinayətlərlə mümkün əlaqələri araşdırılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG