Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 07:15
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

11:03 1.11.2020

“Tərtər və Ağcabədi rayonları atəşə tutulur”

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 1-də saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutur.

Hələlik, itki və təlafat haqqında bilgi yoxdur.

10:20 1.11.2020

Cəbhədə noyabrın 1-nə olan son vəziyyət

Oktyabrın 31-i gün ərzində, habelə noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini artilleriya və raketlər də daxil müxtəlif silahlardan atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 1-i, səhər saat 8:05 radələrində məlumat yayıb.

Məlumatda qeyd edilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
“Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”,AMN bildirib.

“Ermənistan dövlət sərhədində atəşkəsi pozub”

Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan ordusunun mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutduqları deyilir.

Bu məlumatı da AMN noyabrın 1-i, saat təqribən 9:35-də yayıb.
Açıqlamaya görə, noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək, Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən mövqeləri atəşə tutulub.

17:07 31.10.2020

Baş Prokurorluq: “91 nəfər həlak olub, 404-ü xəsarət alıb”

Bərdə, Ermənistan həbçilərinin Bərdəyə atdığı raket nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilir, 27 oktyabr 2020
Bərdə, Ermənistan həbçilərinin Bərdəyə atdığı raket nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilir, 27 oktyabr 2020

Azərbaycan Baş Prokurorluğu mülki əhalinin itki və ziyanları ilə bağlı növbəti açıqlama yayıb.

Məlumat cəbhədə döyüşlər başlanandan (sentyabrın 27-dən) bu gün, oktyabrın 31-i saat 13:00-dək dövrü əhatə edir.

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində Azərbaycan tərəfdən mülki şəxslərdən 91 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb:

“ Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası, 455 mülki obyekt yararsız vəziyyətə düşüb.”

16:21 31.10.2020

“Yaşayış məntəqələrimiz atəşə tutulur”

Ermənistan silahlı qüvvələrinin Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Əskipara kəndi və Ağcabədi rayonunun Qiyaməddinli kəndini artilleriya atəşinə tutduğu bildirilir.

Bu barədə oktyabrın 31-i, saat təqribən 16 radələrində Azərbaycan Müdafiə Nazirliyi ( AMN) məlumat yayıb.

Davamı

XS
SM
MD
LG