Keçid linkləri

2026, 08 Avqust, şənbə, Bakı vaxtı 08:19
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

11:43 29.10.2020

Həlak olan erməni hərbçilərin sayı açıqlanıb

Dağlıq Qarabağdakı separatçı rejimin oktyabrın 29-da bildirməsinə görə, ölən hərbçilərin sayı 1119 nəfərə çatıb.

Məlumatda Dağlıq Qarabağdakı mülki yaşayış məntəqələrinin Azərbaycan qüvvələri tərəfindən atəşə tutulduğu iddia olunur.

Azərbaycan isə heç vaxt mülki hədəflərə atəş açmadığını, yalnız legitim hərbi hədəfləri vurduğunu bildirir.

10:29 29.10.2020

"Dağlıq Qarabağ münaqişəsi nəzarətdən çıxa bilər"

Beynəlxalq Qırmızı Xaç Komitəsi cəbhə xəttinin hər iki tərəfindən şəhər yerlərinə atəş açıldığına şahid olduğunu bildirir. Qurumun məlumatına görə, Azərbaycan Qırmızı Xaç Cəmiyyətindən bir könüllü atışmada öldürülüb, ikisi isə yaralanıb.

"Son baş verənlər Dağlıq Qarabağ münaqişəsinin nəzarətdən çıxa biləcəyini göstərir. Mülki şəxslərin ölüm halları narahatedici dərəcədə artır", – qurumun Avrasiya üzrə regional direktoru Martin Şüepp deyib.

10:09 29.10.2020

Goranboy rayonunun atəşə tutulduğu bildirilir

"Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09.25 radələrində Goranboy rayonunun ərazisini artilleriya atəşinə tutub".

Bu məlumatı AMN oktyabrın 29-u saat 9:40 radələrində açıqlayıb.

10:07 29.10.2020

Cəbhədə oktyabrın 29-na olan son vəziyyət

Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusu bölmələrinin yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini artilleriyadan da istifadə etməklə atəşə tutduğu bildirilir.

Bu barədə bu gün, oktyabrın 29-u, saat 7:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumatda yazılıb ki, döyüş əməliyyatları, əsasən, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib.

Qarşı tərəfin hücum etmək cəhdlərinin qarşısının alındığı qeyd edilir.

"Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir", - açıqlamada yazılıb.

Davamı

XS
SM
MD
LG