Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 21:02
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

09:57 16.10.2020
Türkiyəli ekspert:"Türkiyə və Rusiya üz-üzə qalmaq istəməz"
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

01:45 16.10.2020

Çavuşoğlu və Lavrov Qarabağı müzakirə ediblər

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mevlut Çavuşoğlu və Sergey Lavrov oktyabrın 15-də telefonla danışıblar.

Rusiyanın dövlət TASS xəbər agentliyi Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Türkiyə XİN-in sözçüsü bildirib:

"Nazirimiz Mevlut Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Bu danışıqlarda Dağlıq Qarabağ, atəşkəsin Ermənistan tərəfindən pozulması, dinc əhaliyə hücumlar, o cümlədən bugün (oktyabrın 15-də) Azərbaycanın Tərtər şəhərində dəfn mərasiminə hücum müzakirə olunub”.

Rusiya XİN-dən verilən məlumatda isə bildirlir ki, tərəflər “problemin dinc yolla çözümünə alternativ olmadığını” vurğulayıbıar.

RT yazır ki, tərəflər oktyabrın 10-da Moskvada atəşkəsə dair əldə olunmuş razılaşmaya əməl olunmasının zəruriliyini təsdiqləyiblər.

20:53 15.10.2020

Separatçılar ermənilərin Qarabağdan çıxmasına məhdudiyyət qoyur

AzadlıqRadiosunun Erməni xidmətinin verdiyi xəbərə görə Qarabağın separatçı rejiminin başçısı Araik Arutyunyan Dağlıq Qarabağ ərazisində adamların sərbəst hərəkətinə məhdudiyyət qoyub.

Arutyunyan özünün Facebook səhifəsində yazıb ki, onun imzaladığı “fərman” əsasən Dağlıq Qarabağdakı əhalinin oradan çıxmasının qarşısını almaq üçün verilib.

“Fərmanda” bu şəxslər “Artsax Respublikasının vətəndaşları” adlandırılır.

Separtaçıların lideri bildirir ki, adamların Dağlıq Qarabağdan çıxmasının qarşısının alınması üçün xüsusi kommendantlıq yaradılıb.

Sözü gedən “fərmanda” deyilir ki, bu məhdudiyyət separatçı ərazidə səfərbərlik yaşında olanlara şamil edilir.

18:09 15.10.2020

Prezident 6 kəndin də işğaldan azad olunduğunu açıqladı

Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 15-də 6 kəndin işğaldan azad edildiyini açıqlayıb.

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib...", - o, Twitter səhifəsində yazıb.

Davamı

XS
SM
MD
LG