Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 22:37
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:59 15.10.2020

Ağdamda yaralılar var

Ağdam rayonun Baharlı qəsəbəsində atəşkəsin pozulması nəticəsində iki nəfərin yaralandığı bildirilir.

Bu barədə bu gün, oktyabrın 15-də Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Xidmətdən verilən məlumata görə, oktyabrın 15-i, səhər saatlarından başlayaraq qarşı tərəfin silahlı birləşmələri Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutublar: ​"Saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evlərinə isə ciddi ziyan dəyib".

Baş Prokurorluq oktyabrın 14-də isə bildirmişdi ki, sentyabrın 27-dən bəri (cəbhədə döyüşlər başlayandan) Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində Azərbaycan tərəfdən 43 mülki insan həlak olub, təqribən 215-i isə yaralanıb.

09:37 15.10.2020
Avropalı ekspert:"Rusiya sülhməramlısı girdiyi torpaqdan çıxmır"
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

09:36 15.10.2020

Atəş davam edir

"Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur".

Bu məlumatı oktyabrın 15-i səhər saat 8:44-də Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.

Nazirlik həmin məlumatdan təqribən 10 dəqiqə öncə isə bunları bildirmişdi: "Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi, vəziyyət gərgin olaraq qalıb. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib".

09:36 15.10.2020

"Qarşı tərəf geri çəkilməyə məcbur edilib"

AMN bildirib ki, qarşı tərəf cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib: ​"Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır".

Halbuki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.

Davamı

XS
SM
MD
LG