Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 13:46
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

12:46 7.10.2020

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bu səhər bildirib ki, ötən gecə Dağlıq Qarabağdakı Ermənistan əsgərləri Cəbrayıldan cənub-şərq istiqamətində irəliləyən Azərbaycan bölümlərinin qarşısını alıblar, dəqiq raket-artilleriya atəşi ilə onları məğlub ediblər.

Azərbaycan sentyabrın 27-dən başlanan əməliyyatlarda hərbi itkiləri açıqlamır. Dağlıq Qarabağdakı separatçı hakimiyyət isə indiyədək 280 hərbçinin öldüyünü bildirib. Onlardan 40-nın ölümü bu gün təsdiqlənib.

12:27 7.10.2020

Həlak olan mülki şəxslərin sayı 28-ə çatıb

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti cəbhə bölgəsində mülki əhalinin itkiləri ilə bağlı oktyabrın 7-də növbəti məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb.

Amma Azərbaycanın başqa rəsmi qurumları mülki əhali arasında yaralı sayını daha çox göstərirlər.

12:18 7.10.2020

Əliyev Putinə zəng vurub

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycanın dövlət başçısı V.Putini ad günü münasibətilə (68 yaşı tamam olur) təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

"Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər. Prezident İlham Əliyev və prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar", - məlumata yazılıb.

10:44 7.10.2020

Ermənistan silahlı qüvvələrinin Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutduğu bildirilir

Bu barədə oktyabrın 7-si səhər 10-25 radələrində Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

"Ordumuz tərəfindən adekvat tədbirlər görülür", - məlumatda qeyd edilib.

Davamı

XS
SM
MD
LG