Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 01:20
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

15:08 2.10.2020
ABŞ, Rusiya və Fransa Qarabağda atəşkəsə çağırdılar
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

15:06 2.10.2020

Prezidentin köməkçisi: '20-dən artıq mülki şəxsimiz həlak olub'

"Ermənistan ərazisindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumu həyata keçirilir. Ermənistan bununla Cenevrə Konvensiyasını pozur".

AZƏRTAC-ın xəbərinə görə, bunu oktyabrın 2-də Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, ilkin olaraq Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket zərbəsi endirilib: "Dünən (oktyabrın 1-i) Ermənistan Füzuli istiqamətində "Smerç" sistemindən istifadə edərək Çocuq Mərcanlı kəndini atəşə tutub, 20-yə yaxın evə ziyan dəyib. Bu gün Gorisdən "Toçka-U" raketi vasitəsilə Şəmkirə raket atəşi olub. Ermənistan silahlı qüvvələri istər şəxsi, istər texnika baxımından üzləşdiyi itkiləri bu cür kompensasiya etməyə çalışır. 20-dən artıq mülki şəxsimiz həlak olub, 50-dən çox mülki şəxsimiz isə yaralanıb". (Sentyabrın 27-dən bəri-red.)

13:06 2.10.2020

Bərdənin vurulduğu bildirilir

Bərdə rayonunun da atəşə tutulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 2-də saat 13 radələrində məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutur.

13:04 2.10.2020

Quzanlı raket atəşinə tutulur

Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd, işğal olunmuş Azərbaycan ərazilərindən isə Ağdam rayonun Quzanlı yaşayış məntəqələrinin raket atəşinə tutulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 2-də günorta saatlarında məlumat yayıb.

Ağdam rayonunun mərkəzi Ağdam şəhəri 1993-cü ildə işğal edilib. Bundan sonra bu rayonun mərkəzi işğal altında olmayan Quzanlı qəsəbəsinə köçürülüb.

Davamı

XS
SM
MD
LG