Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:12

Erməni ekspert: Şuşa bəyannaməsi Ermənistana təhlükə yaratmır


Şuşa bəyannaməsi nə qədər əhəmiyyətlidir?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Şuşa bəyannaməsi nə qədər əhəmiyyətlidir?

Türkiyəli araşdırmaçı, Mərkəzi Asiya Araşdırma Forumu Kitab Seriyalarının redaktoru Harun Yılmaz hesab edir ki, bu, Qarabağ müharibəsi vaxtı Türkiyə-Azərbaycan hərbi müttəffiqliyinin qanuni əsasıdır:

“Bu, hərbi ittifaq müqaviləsidir. Müharibə vaxtı Türkiyənin dəstəyini bir formata salan bir mətndir. Eyni zamanda, Şuşa müqaviləsi qarşıdakı Qarabağ danışıqlarında Azərbaycanın mövqeyini diplomatik və hərbi cəhətdən möhkəmləndirir, bu məqsədə xidmət edən bir konsensusdur. Bölgənin önümüzdəki onilliklərdə birgə inkişafı üçün Ermənistan və Rusiya ilə əlaqəli bir razılaşma ortaya çıxmalıdır”.

Prezident İlham Əliyevi iyunun 15-də deyib ki, Şuşa bəyannaməsi 100 il əvvəl imzalanmış Qars sazişinə istinad edir. Qars sazişi Türkiyə ilə Azərbaycanın müttəfiqliyi, o cümlədən iki ölkə arasında quru yolunun yaradılmasını nəzərdə tutur.

Belə bir məqam Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanımış “10 noyabr” atəşkəs sazişində də nəzərdə tutulub, amma hələ ki, icrası başlamayıb.

Türkiyəli alim: "Şuşa bəyannaməsi"hərbi ittifaq müqaviləsidir"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Rusiya hələki münasibət bildirməyib

Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan AzadlıqRadiosuna deyib ki, onun fikrincə, bu bəyannamə Ermənistana təhlükə yaratmır:

“Səmimi desəm, bu bəyanatın əsas sınağı onun icrası zamanı olacaq. Başqa sözlə, bu bəyannamə Ermənistan üçün təhdid kimi görünməməlidir. Ticarət və nəqliyyat əlaqələrinin bərpası regionda bütün ölkələrin birgə qələbəsidir. Qeyd edim ki, bu bəyannamədə sürpriz bir şey yoxdur, onun bir çox detalları gözlənilən idi, normaldır və təbiidir. Amma əlbəttə ki, əsl sınaq onun icrası vaxtı olacaq. Və önəmli başqa bir məsələ Rusiyanın ona reaksiyasıdır. Bunu isə biz hələ ki, bilmirik”.

Türkiyə Şuşada konsulluq açacaq
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Siyasi şərhçi Rauf Mirqədirov isə deyir ki, ümumilikdə Şuşa bəyannaməsinə lazım olduğundan artıq dəyər vermək lazım deyil və bu sadəcə niyyət sənədidir. Bununla belə o hesab edir ki, Şuşada konsulluğun açılması ciddi addımdır:

“Bu, siyasi jestdir, Türkiyənin siyasi iradəsinin nümayişidir. Amma geniş mənada Dağlıq Qarabağdakı qüvvələr nisbətinin dəyişdirilməsi üçün, qüvvələr nisbətinin Türkiyənin və Azərbaycanın maraqları istiqamətində dəyişdirilməsi üçün kifayət deyil”.

10 noyabr bəyanatı səviyyəsində bir sənəd

Rauf Mirqədirov bildirir ki, bu bəyannaməyə daha yüksək hüquqi dərəcə verilməsinə, Milli Məclisdə təsdiqlənməsinə ehtiyac yoxdur, bu da 10 noyabr səviyyəsində bir sənəddir.

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, bu sənəd Azərbaycanla Türkiyə arasında 2010-cu ildə imzalanmış dövlətlərarası müqavilənin əsasən təkrarıdır. Amma burda bir neçə yeni məqam var.

Bunlardan biri də iki ölkə Təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi barədə razılıqdır. Bu, o deməkdir ki, müdafiə və təhlükəsizlik sahəsində siyasət əlaqələndiriləcək.

Şərhçi hesab edir ki, ümumilikdə Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə qaldırılır və konfederativ münasibətlərə bənzər əməkdaşlıq qurulur.

Türkiyə Azərbaycanın tarixi mütəffəqidir və 2020-ci il Qarabağ müharibəsində Azərbaycana önəmli siyasi dəstək verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG