Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:37

Şri Lankada ölənlərin sayı 310-u keçib


Müqəddəs Sebastyan kilsəsi hücumdan sonra
Müqəddəs Sebastyan kilsəsi hücumdan sonra

Şri Lanka polisi Pasxa tədbirləri zamanı törədilən partlayışlarda ölənlərin sayının 310-u keçdiyini bildirir, 500 nəfər yaralanıb.

Polisin aprelin 23-də bildirməsinə görə, xəstəxanalarda yüzlərlə yaralı var, aprelin 21-də paytaxt Kolomboda və ətrafında törədilmiş partlayışlara görə 40 nəfər həbs olunub.

Aprelin 23-də ölkədə milli matəm günüdür, qurbanlar üç dəqiqəlik sükutla anılıb.

Hökumətin sözçüsü Rajitha Senaratne deyib ki, partlayışların arxasında National Thowheeth Jama'ath (NTJ) adlı islamçı ekstremist qruplaşmanın durduğu güman edilir.

Partlayışlara görə məsuliyyəti götürən olmayıb və ölkədə fövqəladə vəziyyət qalmaqdadır.

Polis ölənlər arasında 35 əcnəbinin olduğunu deyir.

Şri Lankada Tamil separatçıları ilə on illər boyunca müharibə gedib, ancaq 10 il öncə vətəndaş müharibəsi bitib.

22 milyon əhalisi olan bu Cənubi Asiya ölkəsində xristianlar, müsəlmanlar və hindular əhalinin 8-12 faizini təşkil edir.

Əsasən buddistlərin yaşadığı ölkədə əhalinin cəmi 7 faizi xristianlardır.

***

Şri Lankada ölənlərin sayı 300-ə yaxınlaşır

Şri Lanka polisi bildirir ki, Pasxa bayramı zamanı müxtəlif yerlərdə törədilmiş partlayışlarda ölənlərin sayı 290-ı keçib, 500 nəfər xəsarət alıb.

Aprelin 21-də baş vermiş partlayışlarla əlaqədar 13 nəfər saxlanıb.

Dünən paytaxt Kolombo və ətrafındakı kilsələrdə, dəbdəbəli otellər və başqa məkanlarda üst-üstə 9 partlayış törədilib. Bu, ölkədə vətəndaş müharibəsi on il öncə bitəndən bəri ən pis zorakılıq hadisəsidir.

Hələlik, partlayışlara görə məsuliyyəti götürən olmayıb. Müdafiə naziri Ruwan Wijewardena partlayışları dini ekstremistlərin terror hücumu adlandırıb. Onun sözlərinə görə, hücumları çoxu intiharçı partlayışlarıdır.

Baş nazir Ranil Wickremesinghe deyib ki, hücumları törədənlərin beynəlxalq terrorçuluqla bağlı olub-olmadığını aydınlaşdırmaqdan ötrü xaricdən dəstək istəyəcək.

Neqomboda bir kilsə partlayışdan sonra
Neqomboda bir kilsə partlayışdan sonra

***

Şri Lankanın paytaxtı Kolomboda-zooparkda daha bir partlayış törədilib.

Nəticədə azı 2 nəfər ölüb.

ADAderna portalının məlumatına görə yaralılar da var və onlar xəstəxanaya götürülüblər.

Bundan əvvəl şəhərdəki kilsə və otellərdə bir neçə partlayış törədilib.

News 1st televiziya kanalının məlumatına görtə, 6 partlayış nəticəsində ümumilikdə 207 nəfər ölüb, 500-dən çox adamsa yaralanıb.

Hökumət 12 saat ərzində bütün ölkə boyu komendant saatı tətbiq edib.Bu barədə prezident aparatının mətbuat xidməti məlumat verir.

Terror təhlükəsinə görə xristianların Pasxa tədbirləri təxirə salınıb.

--

Aprelin 21-də Şri Lankanın mehmanxanaları, habelə Pasxa mərasimləri keçirən kilsələri də daxil bir neçə yerində baş vermiş partlayışlar nəticəsində azı 140 nəfərin həlak olduğu, 400 nəfərin yaralandığı xəbər verilir.

Partlayışlar paytaxtın şimalında yerləşən Neqombo qəsəbəsində, Kolombo ətrafında və Battikola şəhərindəki kilsələrdə baş verib.

Neqombodakı kiləsisinin Facebook səhifəsində partlayışın nəticələrini göstərən fotolar dərc olunub. Kilsə ictimaiyyətdən təcili kömək istəyir.

Polisin məlumatına görə beşulduzlu otellərdə daha üç partlayış baş verib.

Ölkənin maliyyə naziri Mangala Samaraweera Twitter-də yazır ki, “bir-biri ilə əlaqəli olduğu görünən bu partlayışlardan məqsəd mümkün qədər çox insanın öldürülməsi, qarışıqlıq və vahimə yaradılması olub”.

Ölənlərin arasında çox sayda əcnəbinin olduğu xəbər verilir.

Bu partlayışlara görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG