Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:05

Şoyqunun qızının çoxmilyardlıq biznesi barədə iddialar – Rusiya mediası


Kseniya Şoyqu
Kseniya Şoyqu

Rusiyanın “Açıq media” təhqiqat jurnalistikası saytı iyunun 25-də dərc etdiyi məqalədə ölkənin müdafiə naziri Sergey Şoyqunun qızının iddia olunan biznes əlaqələrindən bəhs edir.

AzadlıqRadiosunun Rus xidməti xatırladır ki, Sergey Şoyqu Dövlət Dumasına sentyabrda keçiriləcək seçki üçün hakim Vahid Rusiya partiyasının siyahısına başçılıq edir.

Təhqiqat məqaləsində iddia edilir ki, Şoyqunun qohumları Rusiya büdcəsinin və nazirin əlaqələrinin köməyi ilə çoxmilyardlıq bizneslər qurublar.

Bu da iddia edilir ki, bu bizneslərdən ötən il əldə olunmuş gəlir 3 miyard rubl (41.5 milyon dollar) təşkil edib.

Açıq media saytının məqaləsində əsas diqqət müdafiə nazirinin kiçik qızı, 30 yaşlı Kseniya Şoyqunun biznes-layihələrinə yönəlib.

Prezidentin çevrəsindəki biznesmenlər

İddia edilir ki, onun prezident Vladimir Putinin çevrəsində olan biznesmenlərlə müştərək layihələri var.

Məqalədə iddia olunur ki, Kseniya Şoyqunun şirkəti prezidentin dostu Gennadi Timçenkonun köməyi ilə dövlət tikintilərindən 2 milyard rubldan çox gəlir əldə edib.

İddialara görə nazir qızının Kronştadtdakı tikinti layihəsinə habelə Rusiya Qvardiyasının komandanı Viktor Zolotovun kürəkəni də cəlb olunub.

Vladimir Putin (sağda) və Sergey Şoyqu Sibir tayqasında istirahət edərkən (Arxiv fotosu)
Vladimir Putin (sağda) və Sergey Şoyqu Sibir tayqasında istirahət edərkən (Arxiv fotosu)

Açıq media yazır ki, Kseniya Şoyqunun əlaqəsi olan vətənpərvərlik tərbiyəsi ilə bağlı layihələrə Moskva, Moskva vilayəti və Peterburqun büdcələrindən, habelə VTB və Gazprom şirkətindən vəsait ayrılıb.

Jurnalist təhqiqatında həm də Şoyqunun başqa qohumlarının yüksək texnologiyalar və Şimal dəniz yolu ilə bağlı biznes layihələrindən bəhs olunur:

“Kseniya Şoyqunun demək olar bütün işgüzar partnyorları atasının dostları və yaxın tanışlarıdır. O atası vasitəsilə müdafiə nazirinin bir çox müavinləri ilə tanış olub və onlar nazir qızının layihələrinə kömək edirlər”.

Məqalədə habelə Şoyqu ailəsinin daşınmaz mülkiyyətindən bəhs edilir. Bu obyektlərin bir neçəsinin nazirin qohumları tərəfindən bu yaxınlarda satıldığı iddia olunur.

Sergey Şoyqu artıq 30 ildir ki, Rusiya hökumətində mühüm vəzifələr tutur.

O 2012-ci ildən bəri Rusiya Federasiyasının müdafiə naziridir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG