Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:38

Şirməmməd Hüseynov vəfat edib


Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov

Görkəmli alim və mətbuat tədqiqatçısı, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının məşhur simalarından biri Şirməmməd Hüseynov vəfat edib.

Bu barədə “Report” agentliyi xəbər verib.

Xəbərdə deyilir ki, “Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə bu şəhərdəki 2 illik Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsində, 1945-1950-ci illərdə ovaxtkı Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU-nun Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib”.

“Şirməmməd Hüseynov 1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasında müəllim və dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültəsinin dekanı, 1971-1988-ci illərdə BDU-nun Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib, 1988-ci ildən kafedranın professor idi”.

Şirməmməd Hüseynov Azərbaycan tarixinin cümhuriyyət dövrünün tədqiqatçısı idi.

O Azərbaycanın mətbuat tarixinə dair bir sıra kitabların müəllifidir.

XS
SM
MD
LG