Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:47

Şimali Koreyanın yenə də raket atdığı xəbər verilir


Cənubi Koreya hərbiyyəsi bildirir ki, Şimali Koreya özünün şərq sahilindən dənizə “iki naməlum mərmi” atıb.

Cənubi Koreya hərbçiləri bunun Pxenyanın çoxstartlı yeni raketinin dördüncü sınağı olduğunu düşündüklərini bildiriblər.

Şimali Koreyanın rəsmi KCNA agentliyi noyabrın 29-da, onun təbirincə deyilərsə, Pxenyanın “supeböyük” çoxstartlı raket sisteminin döyüş sınağının keçirildiyini təsdiq edib.

KCNA deyib ki, sınaq sistemi özünün “hərbi və texniki qüdrətini və etibarlılığını” göstərib.

Agentliyin məlumatında deyilir ki, lider Kim Jong Un raketlərin atışına şəxsən tamaşa edib və “məmnunluğunu” bildirib.

BMT Təhlükəsizlik Şurasının qətnaməsi Şimali Koreyaya ballistik raketlərin atılmasını qadağan edir.

Yaponiyanın baş naziri Shinzo Abe deyib ki, son sınaq Pxenyanın bu qətnaməni dəfələrlə pozduğunu göstərir.

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton situasiyanı monitorinq edir və regional müttəfiqlərlə məsləhətləşmələr aparır.

Bəzi ekspertlər Pxenyanın son sınaqlarla Vaşinqtonu yenidən danışıqlara sövq etmək məqsədi güddüyünü bildirirlər.

Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair ABŞ-Şimali Koreya danışıqları hazırda dalana dirənib.

Şimali Koreya onun üzərindəki beynəlxalq maliyyə sanksiyalarının qaldırılmasını tələb edir.

Birləşmiş Ştatlarsa israr edir ki, buna görə Pxenyan nüvəsizləşmə istiqamətində konkret addımlar atmalıdır.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG