Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 04:47

Şamaxıdan seçki söhbətləri...


Builki seçki şüarlarının üç ana xətti
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Builki seçki şüarlarının üç ana xətti

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Əzizağa Süleymanov rəqiblərindən biri olan Tamam Cəfərova ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət etdiyini deyir. Ə.Süleymanov «Turan» agentliyinə vurğulayıb ki, rayondakı inzibati qurumlardan birinin təmsilçisi deputatlığa namizəd T.Cəfərovanın təbliğat-təşviqat kampaniyasında iştirak edir: «Bu barədə məndə foto-sübutlar var».

«İnanıb gəldik ki, bu dəfə ədalətli seçki olacaq...»

Ə.Süleymanovun sözlərinə görə, seçicilər ilə qapalı yerdə görüş keçirə bilmir. «Gəlirəm, ya bələdiyyə sədri yoxdur, ya icra nümayəndəsi harasa gedib, görüş keçiriləcək yer də qıfıllıdır. Mənə açıq havada görüş keçirmək «məsləhət»i verirlər», - namizəd şikayətlənib.

Ə.Süleymanov deyib ki, bu ayrıseçkiliyə görə Mərkəzi Seçki Komissiyasına müraciət edib:


«Biz inanıb gəldik ki, bu dəfə ədalətli seçki olacaq, amma o da yoxdur. Bunlar kimi aldadırlar?».

Amma T.Cəfərovanın köməkçisi Şahin Sərdarlı «Turan» agentliyinə açıqlamasında onların müdafiə etdiyi namizədin xeyrinə inzibati resursların cəlb olunması iddialarını təkzib edib. Onun sözlərinə görə, namizəd və onun komandası təbliğat-təşviqat kampaniyasını öz güclərinə aparırlar:

«Buyurub izləyə bilərsiniz»

«Buyurub kampaniyamızı necə apardığımızı gəlib izləyə bilərsiniz. Əlbəttə ki, uğurlu namizədə qarşı qarayaxma kampaniyalar olur, bu da onlardan biridir. Biz isə işimizi davam etdiririk».

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Yaqub Yaqubov da «Turan»a deyib ki, hər hansı namizədin xeyrinə inzibati resursun cəlb edilməsi ilə bağlı söylənilənlərdən xəbərsizdirlər.

85 saylı Şamaxı dairə seçki komissiyasının sədri Hüseyn Rəcəbov isə T.Cəfərovanın xeyrinə inzibati resursun cəlb edilməsi barədə söylənənlərin həqiqətəuyğun olmadığını bildirib:

«Bu yalandır»

«Bu yalandır. İcra hakimiyyəti heç bir işə qarışmır. Buna həm qanun icazə vermir, həm də ki, niyə qarışmalıdır? Mən indi Əzizağa Süleymanovla telefonla danışdım, o, kənddə görüş keçirir. Onu dairəyə dəvət etdim və şikayətlərinin nə olduğunu deməyi xahiş etdim. O istəyir ki, icra nümayəndələri onun üçün görüşlər təşkil etsin. Amma bu, axı, qanunaziddir».

Məsələyə, hələlik, Mərkəzi Seçki Komissiyasından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Azərbaycan Respublikasının V çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzalayıb. Ondan üç gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə etdiyini açıqlamışdı. Əslində isə, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG