Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:23

Putini Kremldən qovmaq istəyən şaman cərimələnib


Rusiyanın Yakutiya regionunda məkəmə prezident Vladimir Putini Kremldən qovmaq istəyən şaman Aleksandr Gabyshev-i cərimələyib və onun şəhərdən çıxmasına qadağan qoyub.

Gabyshev iki gün bundan əvvəl Moskvaya yürüşünü bərpa etdiyini bildirmişdi.

Açıq Rusiya müxalifət təşkilatının əlaqələndiricisi Aleksei Pryanishnikov AzadlıqRadiosuna deyib ki, Gabyshev polisin uniformasını ənənəvi yakut xəncəri – batyya ilə korlamaqda ittiham edilib.

Məhkəmə qərarında deyilir ki, şaman cərimə olaraq 1000 rubl (16 dollar) ödəməlidir.

Gabyshev-in vəkili Olga Timofeyeva AzadlıqRadiosuna deyib ki, Gabyshev-ə Yakutsk şəhərini tərk etmək qadağan edilib.

O Rusiya vətəndaşları arasında ekstremizmi qızışdırmaqda ittiham olunur.

Timofeyeva bildirib ki, dəfələrlə xəbərdarlıq almasına baxmayaraq Gabyshev-ə qarşı rəsmi ittiham irəli sürülməyib.

Rusiya qanunlarına görə hər hansı şəxsə 10 gün ərzində ittiham irəli sürülməməsi onu avtomatik olaraq bütün ittihamlardan azad edir.

Polis Gabyshev-i və onun iki tərəfdarını dekabrın 10-da Yakutiyanın magistral şosse yolunda saxlayıb.

Bundan əvvəl şaman polisin çağırışlarına məhəl qoymamışdı.

XS
SM
MD
LG