Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:10

Şahzadə Charles koronavirusa yoluxub


Vəliəhd şahzadə Charles
Vəliəhd şahzadə Charles

Britaniya taxt-tacının vəliəhdi şahzadə Charles koronavirusa yoluxub. Bu barədə məlumatı şahzadə sarayının təmsilçiləri veriblər.

Şahzadənin 71 yaşı var və o koronavirusdan ölüm riski olan kateqoriyaya daxildir.

Ehtimal edilir ki, virus ona Monaco şahzadəsi II Albertlə görüşü zamanı keçə bilərdi.

Bu görüş martın 10-da, yəni düz iki həftə bundan əvvəl olmuşdu. Bundan əvvəl Albert koronavirusa yoluxduğunu təsdiqləmişdi.

Amma Britaniya sarayının nümayəndələri rəsmi məlumatlarda şahzadənin müxtəlif adamlarla görüşdüyünü və virusun kimdən keçdiyini dəqiq söyləməyin mümkün olmadığını deyirlər.

Şhazadə Charles-ın arvadı Camilla-nın testi onun virusa yoluxmadığını göstərib.

Kraliça da özünütəcriddədir

Şahzadənin xəstəliyi haqqında bundan daha detallı məlumat verilmir.

Charles-ın mətbuat katibi deyib ki, şahzadədə xəstəliyin bir sıra simptomları var, amma o özünü yaxşı hiss edir.

Charles və xanımı hazırda Şotlandiyadakı Balmoral sarayında özünütəcriddədirlər.

Saray əshabələrinin dediyinə görə, şahzadə xəstələnməsinə baxmayaraq işini davam etdirir.

Britaniya kraliçası II Elizabeth də koronavirusdan qorunmaq məqsədilə bundan əvvəl saraylarından birində özünü təcrid etmişdi.

O son dəfə Charles-la martın 9-da, onun Albertlə görüşündən bir gün əvvəl görüşmüşdü.

Son məlumatlara görə Britaniyada COVID-19 virusuna 8 mindən çox insan yoluxub, bunlardan 420-si vəfat edib.

Ötən həftə ölkədə ümummilli karantin elan edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG