Bu gün, oktyabrın 22-də Prezident İlham Əliyev Şahin Mustafayevi İqtisadiyyat naziri vəzifəsindən azad edib.
Dövlət başçısının başqa bir sərəncamı ilə Ş.Mustafayev Baş nazirin müavini təyin edilib.
Şahin Mustafayev 1965-ci ildə Ermənistanda doğulub.
1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.
O, 2006-2008-ci illərdə Vergilər nazirinin birinci müavini olub.
Ş.Mustafayev 2008-ci ildən ölkə iqtisadiyyatına cavabdeh şəxs sayılır.
2008-2013-cü illərdə İqtisadi İnkişaf naziri, 2013-2016-cı illərdə isə nazirliyin adı dəyişdiyindən İqtisadiyyat və Sənaye naziri vəzifələrində çalışıb. 2016-cı ildən İqtisadiyyat naziri (nazirliyin adı yenə də dəyişib-red.) təyin edilmişdi.
Prezident İlham Əliyev dünən, oktyabrın 21-də Baş nazirin müavinləri - Hacıbala Abutalıbov və Əli Həsənovu ərizələrinə əsasən vəzifələrindən çıxarıb.