Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Şadlıq evlərinə, restoranlara toy qadağası qoyulsun, ya yox?


Toylarda ən çox xoşunuza gəlməyən nədi?- Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Toylarda ən çox xoşunuza gəlməyən nədi?- Bakıda sorğu

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ucbatından toy, şənlik və digər kütləvi məclislərin ertələnməsini tövsiyə edib. AzadlıqRadiosu bir neçə şadlıq sarayı və restoranla əlaqə saxlayaraq müştərilərin bu tövsiyəni nəzərə alıb-almaması ilə maraqlanıb.

Şadlıq sarayı: «Marta tələbat da azalıb. Daha çox...»

Onların hamısı təxminən eyni cavabı verib: «Operativ qərargah tövsiyə verdiyinə görə, toyu və ya başqa sifarişləri ertələməyə heç kim tələsmir». Üstəlik, hamılıqca bildirirlər ki, infeksiyanın yayılmaması üçün dezinfeksiya və təmizlik işləri aparırlar. Sualı cavablayanlar bəzi müştərilərin koronavirus qorxusundan rahatsızlığını da dilə gətirirlər. Məsələn, «Şuşa» şadlıq sarayının inzibatçısı Azər Hüseynov deyir: «Zəng vuraraq kütləvi tədbirlərin, toyların keçirilib-keçirilməməsi ilə maraqlananlar var. Mart ayına tələbat da azalıb. Daha çox isti ayları gözləyirlər».

İnzibatçı bəzi müştərilərin tərəddüd yaşadığını, bu səbəbdən martın sonunda toy etmək fikrindən daşınacağını istisna etmir, ancaq bugünlər toyu ertələyənlərin olmadığını vurğulayır: «Onlar maşını danışıblar, gözəllik salonunu, fotoqrafı danışıblar, cehizləri sifariş ediblər. Toyu necə etməsinlər?».

Koronavirusa görə sarımsaq bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

«Aktımızı almışıq»

«Neptun» şadlıq sarayının baş inzibatçısı Asif Cəfərov müştərilərdən zəng edib maraqlananlar olduğunu, qərargahın tövsiyəsindən sonra toyların keçirilib-keçirilməyəcəyini soruşduqlarını söyləyir: «Biz də cavab veririk ki, hər şey qaydasındadır. Hamı toyunu edir, əksinə, ev sahibi 300 qonaq çağırır, 350 nəfər gəlir. Gözümüzün qabağındadır. Deyilənlər panikadır. Tövsiyə olmalıdır, borclarıdır desinlər ki, kütləvi yerdə olmayın. Hər gün metrodan bir milyona yaxın adam istifadə edir. Biz də bacardığımız qədər təmizlətdirir, spirtlətdirir, dezinfeksiya etdiririk. Hər saatbaşı döşəmə, qapı tutacaqları, məhəccərlər spirtlə silinir. Ofisiantlar əlcəklə qulluq göstərirlər. Sifarişlər ara vermir. Srağagün dörd toy yazılıb».

«Gilavar» şadlıq sarayının inzibatçısı Sahib (soyadını demir) hər şeyin qaydasında olduğunu, profilaktik tədbirlərlə bağlı görüntüləri sosial mediada yerləşdirdiklərini, bununla bağlı rəsmi qurumlardan akt aldıqlarını qeyd edir.

Şadlıq evlərində zəhərlənmələrin səbəbi nədir
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

«Biz qabları, süfrələri də dezinfeksiya etdiririk, o dərmanlar təsirini bir ay saxlayır, ora viruslu adam girsə də, qorxusu yoxdur», - inzibatçı əmin etməyə çalışır.

«Pluton» şadlıq sarayının inzibatçısı Nəcəf Abbasov artıq aprelə toy sifarişləri qəbul edildiyini bildirir. Onun söylədiyinə görə, rəsmi qərar yoxdur deyə, toylar davam edir.

«Toyların təxirə salınmasından hamı ziyan çəkər»

Hər şeyin qaydasında olduğunu deyən şadlıq saraylarından birinin adının çəkilməsini istəməyən inzibatçısı isə düşünür ki, bu haqda çox danışmaq, «əhalini səksəkəyə salmaq lazım deyil»:

«Camaat qorxaqdır, xəstəlik də əhali arasında panika yaradır. Camaat bir-birindən dolanır. Toy bazar iqtisadiyyatını tənzimləyir. Bazarda kartof, qızıl satandan tutmuş, «Binə», «Sədərək» ticarət mərkəzinə, taksiyə, işıq, qaz, vergi idarəsinədək hamı toydan dolanır. Toyların təxirə salınması ölkəni panikaya sala bilər, hamı ziyan çəkər».

A.Qeybulla
A.Qeybulla

«Karantin dövründə belə məhdudiyyətlər daha yaxşı olar»

Həkim, professor Adil Qeybullanın fikrincə, bütün hallarda məhdudiyyətlər lazımdır: «Karantin dövründə belə məhdudiyyətlər daha yaxşı olar. Xüsusən restoranlarda, şadlıq evlərində, yəni qapalı yerlərdə xəstə insanın infeksiyasını başqalarına yaymaq şansı artmış olur. O baxımdan, müvəqqəti olaraq toyların, ad günlərinin və başqa məclislərin ertələnməsi yaxşı olardı».

Həkim karantin zamanı bəzi addımların məcburi, bəzilərinin tövsiyə xarakteri daşımasını normal sayır. «Məsələn, əhaliyə əllərini tez-tez yumaq tövsiyə olunur. Buna məcbur etmək mümkün deyil. Ancaq restoran, şadlıq evi kimi yerlərdə tədbirlər təxirə salınmalıdır. Müvəqqəti olaraq 5-10 və daha artıq insanın bir yerdə toplanıb tədbir keçirməsi yasaqlanmalıdır. Bu, ekstremal vəziyyətdir. İnfeksiya aradan qalxanadək etmək olar. Çətini bir-iki aydır».

A.Qeybulla artıq Dünya Səhiyyə Təşkilatının bunu pandemiya kimi qəbul etdiyini, çox sayda ölkədə yayıldığını bildirir.

Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra sürətlə yayılan bu virus Azərbaycanın qonşusu İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Qonşu ölkələr İranla sərhədi bağlasa da, Azərbaycan bir qədər gec - yalnız fevralın 29-da İranla dövlət sərhədlərinin ikihəftəlik məhdudlaşdırıcı rejim əsasında bağlanmasına qərar verib.

Azərbaycanda 15 şəxsin bu virusa yoluxduğu açıqlanıb. Əsasən, İrandan qayıdan yüzlərcə şəxsinsə koronavirus şübhəsiylə karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 4 mindən çox şəxsin öldüyü bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG