Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Komitə Şahbaz Xuduoğluna cavab verdi


Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi bu gün, iyunun 7-də «Qanun» Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun açıqlamasına münasibət bildirib: ​«...Adıçəkilən şəxs ölkə ərazisinə kommersiya məqsədilə mal gətirib və gətirdiyi mala dair gömrük orqanına əvvəlcədən qısa idxal bəyannaməsi təqdim etmədiyi üçün qanunvericiliyə əsasən, inzibati qaydada cərimə olunub. Elə bundan yola çıxaraq, bu il fevralın 1-dən tətbiq edilən qısa idxal bəyannaməsinin hüququ əsaslarına, faydalılığına və səmərəliliyinə şübhə ilə yanaşıb...».

Komitə vurğulayır ki, mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi dünyada qəbul olunmuş praktikadır: «Xüsusilə vurğulanmalıdır ki, məlumatların əvvəlcədən təqdim edilməsi gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan malların risk dərəcələrinin müəyyən olunmasına, sərhəd keçidi zamanı müvafiq dəhlizin əvvəlcədən seçilməsinə şərait yaradır. Bu da gömrük nəzarətinin daha çevik və şəffaf formada həyata keçirilməsi, resurslardan daha səmərəli istifadəyə imkan verir...».

«O bəyannaməni yükdən əvvəl necə təqdim etmək olar» sualının cavab

Açıqlamada daha sonra da yazılıb: «Müəllifin «O bəyannaməni yükdən əvvəl necə təqdim etmək olar» sualının cavabı isə çox sadədir. Şübhəsiz ki, hər bir xarici ticarət iştirakçısı istənilən malı müvafiq alqı-satqı, malların dəyərinin ödənildiyini göstərən sənəd əsasında alır və hansı daşıyıcı şirkət tərəfindən ölkəyə gətirildiyini bilir. Qısa idxal bəyannaməsi üçün də bu qəbildən olan sadə məlumatlar kifayətdir…».

Komitə, eyni zamanda, Ş.Xudoğlunun çoxlu sahibkarın bundan əziyyət çəkməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: «Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, həyata keçirilmiş idxal əməliyyatları üzrə qısa idxal bəyannaməsinin verilməməsi halları ümumi həcmin 0.7 faizini təşkil edir…».

Ş.Xuduoğlu
Ş.Xuduoğlu

Ş.Xuduoğlu: 'Bu qanun dəyişdirilməlidir'

«Qanun» Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bu il Gömrük Məcəlləsində edilən dəyişiklikdən narazıdır. O, AzadlıqRadiosuna açıqlamasında bildirib ki, cərimələrin bəziləri büdcəni doldurmaq üçün tətbiq edilir: «Fevralın 1-dәn Gömrük Məcəlləsinə dəyişiklik edilib. Həmin dəyişikliyə görə, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Amma fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna təşkil edir. Bəyannamə vaxtında verilmәsә, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 1500 manat cərimə ödəyir».

Sahibkar cərimənin məbləğinin çox yüksək olduğunu qeyd edir: «Bunu kim müəyyən edir? Şəxsən mən 1500 manatdan artıq mәblәğdә ölkəyə mal gətirmirəm, amma 1500 manat cәrimә ödәmәliyәm».

Ş.Xuduoğlu vurğulayır ki, qanunda ziddiyyət var: «Çünki bəyannamə mal ölkəyə gələndən sonra, yol sənədlərinə əsasən gömrük orqanlarına təqdim edilir. Belə olan halda sahibkar qanunun tәlәblәrinә әsasәn, bu bəyannaməni mal gәtirmәzdәn əvvəl necə təqdim edə bilər? Tək mən bu problemlə üzlәşmәmişәm. Yüzlərlə sahibkarlar әziyyәt çəkir və qanunsuz cәrimә ödəyir. Bu qanun dəyişdirilməlidir».

Sahibkarın bu açıqlamasına, hələlik, deputatlardan və Dövlət Gömrük Komitəsinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2018-ci il dekabrın 28-dә prezident İlham Əliyev Azərbaycan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb. Dəyişikliyə әsasәn, fiziki şəxslərin kommersiya məqsədləri ilə nəzərdə tutulmayan qaydada idxal etdikləri mallar istisna, qalan mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi sahibkarın inzibati məsuliyyətinə səbəb olur. Lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə maneə sayılmır. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən etməlidir.

Bu il fevralın 1-də məcəllənin bir yox, bir neçə maddəsinə dəyişiklik edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG