Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Xan Sarayında xəsarət alanlardan biri vəfat edib


İyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid olduğu bildirilən ağacın budağları qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb
İyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid olduğu bildirilən ağacın budağları qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb

Şəki şəhərində baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxslərdən biri iyunun 15-də vəfat edib.

Bu barədə APA-yaSəhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, yaralılardan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

İyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid olduğu bildirilən ağacın budağları qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Qalanların müalicəsi davam edir.

Azərbaycanın Baş Prokurorluğunun yaydığı məlumatda hadisəyə səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

XS
SM
MD
LG