Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:26

Şəhriyar Məmmədyarov: 'Bir sponsor tapılmır?'


Ş.Məmmədyarov
Ş.Məmmədyarov

ABŞ-ın Sent-Luis şəhərində «Sinquefield Cup» turnirində mübarizə aparan Azərbaycan şahmat millisinin üzvü, qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmamasından şikayətlənib.

O, Facebook səhifəsində Maqnus Karlsenlə 5 saatlıq dueldən sonra böyük turnirlərdə pula görə çıxış etməsindən şikayətlənib: ​«Maqnus Karlsenlə 5 saatdan çox oynadım və açığı çox çətin mübarizə oldu. Debütdən böyük üstünlüyüm var idi. Sonra bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Qərara gəldim ki, bundan sonra 40-45 günlük turnirlərə son qoyacam. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bir jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım ki, pul deyim. Deyə bilmədim, çünki mənim kimi peşəkar şahmatçının sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Burdakı bütün idmançıların sponsoru var. Sabah (bu gün, avqustun 27-də-R) yenə də oyunum var və gərək hazırlaşım. Arada düşünürəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, bir sponsor tapılmır? Azərbaycana sevgim sonsuzdur. Amma heyf ki, gücüm sonsuz deyil. Bir gün mən – Şəhriyar Məmmədyarov olmayacam. Onda isə bu söhbətlər mənasız olacaq».

Xatırlatma

ABŞ-ın Sent-Luis şəhərində «Sinquefield Cup» super-turniri keçirilir. Artıq səkkizinci tur arxada qalıb.

Azərbaycan qrossmeysteri Ş.Məmmədyarov hazırkı dünya çempionu, norveçli M.Karlsenlə qarşılaşıb. Partiya heç-heçə ilə başa çatıb.

Səkkiz turdan sonra 5 xal toplayan Fabiano Karuana liderdir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşürlər. Turnirin sonuncu 9-cu turu bu gün, avqustun 27-də keçiriləcək. Ş.Məmmədyarov hindistanlı Vişvanatan Anandla görüşəcək.

Vitse-prezident: «İnanmaq istəmirəm ki, bunları Şəhriyar yazıb»

«Mən hələ inanmaq istəmirəm ki, şəxsi Facebook səhifəsində yazdıqları Şəhriyar Məmmədyarova aiddir».

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov bunu şahmat millisinin üzvü, qrossmeyster Ş.Məmmədyarovun sosial şəbəkədə sponsorunun olmamasından şikayətlənməsi haqqında məlumata münasibət bildirərkən deyib.

F.Həsənov vurğulayıb ki, Ş.Məmmədyarov turnirdən qayıtdıqdan sonra bu məsələyə tam aydınlıq gələcək.

Vitse-prezident «Mənim kimi professional oyunçunun sponsoru yoxdur və hətta bütün yarışlara öz hesabıma gəlirəm. Bütün burdakı insanların sponsoru var, mənim sponsorum yoxdur» sitatı üzərində xüsusi olaraq dayanıb: «Mən başa düşmək istəyirəm ki, Şəhriyar Məmmədyarov burada nəyi nəzərdə tutur? Əgər söhbət oyun, yol, qalmaq, yemək xərclərindən gedirsə, bu, təşkilatçılar tərəfindən daim ödənilir. Bundan da o yana, Şəhriyar Məmmədyarovun fəaliyyəti prezident İlham Əliyevin diqqət mərkəzindədir. Yəni, Azərbaycanda Şəhriyar Məmmədyarov kimi oyunçu bəyəm bu qədər çoxdurmu ki, deyək, birinə diqqət var, digərinə yoxdur. Bu gün Şəhriyar Məmmədyarov Azərbaycanın ən öndə olan və bütün dünyanın tanıdığı şahmatçısıdır və ölkəni təmsil edir».

F.Həsənov deyib ki, hətta Ş.Məmmədyarov dünya çempionluğu üzrə iddiaçılar turnirinə hazırlaşanda belə, Azərbaycana xaricdən məşqçilər dəvət olunub: «Yəni, demək istəyirəm ki, Şəhriyar Məmmədyarova münasibətdə heç zaman nəyisə əsirgəmək olmayıb və bundan sonra da olmayacaq. Odur deyirəm, mən hələ inanmıram ki, bunları Şəhriyar yazıb».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG