Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 22:41

Yardım alan: 'Sənəd toplanması zaman aparır'


Karantinin ac qoyduğu ailə
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Karantinin ac qoyduğu ailə

Milli Məclisin iyunun 2-də keçirilən növbədənkənar sessiyasında "Ünvanlı dövlət sosial yardımı haqqında" (ÜSY) Qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib.

Qanunun 8-ci (Sosial yardımın təyin olunması müddəti) maddəsinə təklif edilən dəyişikliklə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qanunun buna qədər mövcud variantında isə sosial yardım 2 ilə təyin olunurdu.

ÜSY alan İmişli rayon sakini, şərti olaraq Elvin Həsənov kimi təqdim etdiyimiz şəxs hesab edir ki, bu yardım 2 il müddətinə verilsə, idi daha yaxşı olardı:

"Sənəd toplanması zaman aparır"

"Burada 1 ildən sonra bu yardmı yenidən ala bilmək üçün sənəd toplanması zaman aparır. Bizim dolanışığımız da bu yardımladır. Ailədə üç azyaşlı uşaq var, həyat yoldaşım da işləmir. Odur ki, bu yardım 2 il müddətinə nəzərdə tutulsa idi, daha yaxşı olardı".

Q.Toğrul
Q.Toğrul

"6 ay məqbuldur"

İqtisadçı-ekspert Qalib Toğrul isə AzadlıqRadiosuna deyib ki, ÜSY verilməsinə başlanılan 2006-cı ilin iyulunda bu müddət 6 ay nəzərdə tutulurdu. Onun fikrincə, müddətin belə az olması ailənin gəlirlərini və vəziyyətinin yardımın statusuna uyğunluğunu yoxlamağa imkan verirdi: "Amma fikrimcə, müddət nə qədər az olsa, o qədər yaxşıdır. Bu müddət 1 il də yox, 6 ay olsa, məqbuldur. Müddət 1 və ya 2 il olduqda ailə gəlirlərində dəyişiklik etmək istəmir, məşğulluqla təmin olunmağa səy göstərmir. Müddət uzundur deyə, yardımı almaqla kifayətlənir. Müddət 6 ay olmalıdır ki, hökumət də reabilitasiya proqramlarında bunun təmin edilməsi məsələlərini nəzərə ala bilsin".

"Haqqı çatmayanlar alıb"

Q.Torğul yardım verilməsi müddətinin 2 ildən 1 ilə endirilməsini müsbət dəyərləndirir. Amma iqtisadçı-ekspert vurğulayıb ki, əmək qabiliyyəti olan şəxsə ÜSY verilməsi doğru deyil və bu yardım hansı səbəbdənsə əmək qabiliyyəti olmayan ailəyə verilməlidir.

"Amma bu yardımı həmişə onu almağa haqq edənlərdən çox, haqqı çatmayanlar alıb", - deyə ekspert əlavə edib.

Bu fikirlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət almaq mümkün olmayıb.

F.Ağamalı
F.Ağamalı

Deputat Fəzail Ağamalı da hesab edir ki, yardımın verilməsi müddətinin 2 ildən 1 ilə endirilməsi ailənin əmək vəziyyətini yoxlaya bilməyi nəzərdə tutur. Deputata görə, indiki halda bu kateqoriya insanları tədricən özünüməşğulluq proqramına cəlb etmək daha məqsədəuyğun olardı:

"İnsanları özünüməşğulluq proqramına cəlbetmə daha uğurlu seçim olar"

"Bu il bu proqramda 12 min ailəyə vəsait ayrılması nəzərdə tutulur. Bu proqramla kənddə yaşayan torpağı olanlar heyvandarlıqla, xidmət sahəsində məşğul ola bilərlər. Dövlət 1 il müddətinə onların xərclərini də ödəyir, himayə də edir. Odur ki, bu yanaşma daha yaxşıdır, insanları ələ baxımlıqdan xilas edir. Fikrimcə, insanları özünüməşğulluq proqramına cəlbetmə daha uğurlu seçim olar".

Xatırlatma

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cıildən başlanıb. Həmin müddətdən ölkədə uşaqlara aylıq müavinətin verilməsi dayandırılıb.

2020-ci il may ayının əvvəlinə Azərbaycanda 83 min ailə, 350 min şəxs ünvanlı sosial yardımla təmin edilir.

Son məlumatlara görə, hər ailəyə düşən yardımın məbləği 222 manata çatıb. Azərbaycanda hazirda ailədə adambaşına ehtiyac meyarı 160 manat (94 dollar) götürülür. Üçnəfərlik ailədə bu, 480 manat edir. Tutaq ki, üçnəfərlik bir ailənin qazancı 250 manatdır. ÜSY-da qalan fərq (230 manat) ailəyə verilir.

XS
SM
MD
LG