Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:55

Üçüzlü adam


Üz transplantasiyası
Üz transplantasiyası

Fransalı cərrah eyni adamın üzərində ikinci dəfə üz transplantasiyası əməliyyatı apardığını deyib. Xəstənin artıq özünü yaxşı hiss etdiyi və hətta Fransanın şimal-qərbindəki Bretan əyalətində həftəsonu keçirdiyi bildirilir.

Parisdəki Georges Pompidou xəstəxanasında çalışan doktor Laurent Lantieri Jerome Hamon adlı xəstəyə ilk üz transplantasiyasını 2010-cu ildə gerçəkləşdirib. O zaman Hamon 30 yaşlarının ortalarında idi. Ancaq 2015-ci ildə xəstələnən Hamon-a verilən dərmanlar onun üz transplantasiyası ilə bağlı qəbul etdiyi dərmanlarla reaksiyaya girib.

Nəticədə ötən ilin noyabrında onun transplantasiya edilmiş üzündəki toxumalar ölməyə başlayıb, Lantieri də transplantı çıxarmalı olub.

Beləliklə, Hamon üzsüz qalıb. Lantieri bu vəziyyəti «yeriyən ölü» adlandırır. Hamon-un göz qapaqları, qulaqları, dərisi yox imiş. O nə danışa, nə də yeyə bilirmiş. O, çox zəif eşidir, özünü yalnız başını yüngülcə tərpətməklə ifadə edə, bir də azca yazı yaza bilirmiş.

Nüvə müharibəsindən çıxmaq

Yanvarda Hamon üçün ikinci üz donoru çıxan kimi Lantieri və komandası ikinci üz transplantasiyası əməliyyatını həyata keçirib. Ancaq ikinci transplantasiya əməliyyatından öncə həkimlər Hamon-un bədənindəki bütün qanı dəyişməli olublar. Məqsəd daha öncəki müalicə zamanı meydana çıxmış potensial problemli antitelləri aradan qaldırmaq olub. Bu proses bir ay çəkib.

Böyrək gözləyən xəstələr: Deputatlarsa bir qərara gələ bilmirlər
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

«Bütün bunları yaşamış insan üçün - bu isə nüvə müharibəsindən çıxmaq kimi bir şeydir - o özünü yaxşı hiss edir», - Lantieri deyir. Həkim əlavə edib ki, Hamon indi üz transplantasiyası əməliyyatından çıxmış bütün xəstələr kimi müşahidə altındadır.

Hamon-un birinci üzünün donoru 60 yaşlı şəxs olub. Buna görə də ikinci üzü transplantasiya olunanda Hamon 20 ildən çox «cavanlaşa» bilib.

«Mənim 43 yaşım var. Donorun 22 yaşı olub. Beləliklə mən 20 yaş gənc görünürəm», – Hamon çərşənbə axşamı günü Fransa televiziyasında zarafatla deyib.

Digər həkimlər Lantieri-nin komandasının işini alqışlayıblar. Onlar bu əməliyyatda istifadə olunan üsulların seçimi az olan ciddi xəstələr üçün ümid yeri olduğunu deyiblər.

«Professor Lantieri-nin bu xəstəni xilas etməsi faktı digər xəstələrin də lazım gəldiyi halda yedək əməliyyatından keçə biləcəyinə ümid verir», – Klivlend xəstəxanasından Frank Papay deyir. Onun sözlərinə görə, Lantieri və digərlərinin işləyib hazırladığı üsullar həkimlərə transplantasiya sahəsində görünməmiş nəticələr əldə etməyə kömək edə bilər.

Nə qədər davam gətirəcəyi bəlli deyil

Harvard Universitetindən doktor Bohdan Pomahac-sa deyib ki, bu prosedurlar son nəticədə geniş yayılacaq və belə xəstələrin sayı artacaq.

«Biz üz transplantasiyası xəstələrinin başına gələnləri gördükcə xroniki receksiyanın reallıq olduğunu daha çox anlayacağıq. Üz transplantasiyaları zamanla qeyri-funksional, pozulmuş olacaq və bu zaman biz təkrar transplantasiya haqda düşünməli olacağıq», – Pomahac deyib.

Onun sözlərinə görə, üz transplantlarının nə qədər davam gətirəcəyi hələ də bəlli deyil. Ancaq ehtimal etmək olar ki, köçürülmüş üz toxumaları da, böyrək transplantı kimi, 10-15 il qala bilər.

«Ola bilsin, bəzi xəstələrin bəxti gətirər və onların üzləri daha uzun sürər. Ancaq güman ki, bəzilərinin üzlərinin yenidən dəyişdirilməsi adiləşəcək», - o deyib. Həkim qeyd edib ki, hələlik xroniki receksiyanın nə zaman meydana çıxması ilə bağlı çoxlu qaranlıq məqamlar var.

Lantieri deyib ki, o və komandası tezliklə əldə etdikləri nəticələri tibb jurnalında dərc etdirəcək. O, Hamon-un vəziyyətinin istisna olaraq qalacağına ümid edir.

«İzlədiyim digər xəstələrin vəziyyəti yaxşıdır. Bəzilərinin transplantına zamanla müəyyən dəyişiklik edilib. Ümid edirəm, gələcəkdə buna bənzər köçürmə əməliyyatları etməyəcəyəm», – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG