Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Özbəkistan da vətəndaşlarını Çindən evakuasiya edir


Evakuasiya edilən özbək tələbələr
Evakuasiya edilən özbək tələbələr

Özbəkistan Hava Yolları şirkətinin təyyarəsi ölkənin 84 vətəndaşını Çinin Vuhan şəhərindən vətənə gətirib.

Özbəkistanın Səhiyyə Nazirliyi fevralın 5-də bildirib ki, repatriasiya edilənlərin əksəriyyəti Çində təhsil alan özbək tələbələrdir.

Onlardan heç birində koronavirus aşkar edilmədiyi bildirilir.

Bundan əvvəl başqa bir sərnişin təyyarəsi ilə 250 özbək tələbə Daşkəndə gətirilmişdi.

Rəsmilər onların hamısının koronavirus yoxlamasından keçdiyini və heç birinin xəstə olmadığını bildirirlər.

Çinin Milli Səhiyyə Komissiyası fevralın 5-də bildirib ki, ölkə ərazisində 500-dək adam bu virusdan vəfat edib.

Çində indiyədək bu virusa yoluxanların sayı 24 min 324 nəfərə çatıb.

Çində bu virusun yayılması ilə bağlı Özbəkistan bu ölkəyə təyyarə uçuşlarını fevralın 1-dən ləğv edib.

Turizm bürolarına Çinə səyahət paketlərinin satılmaması tövsiyə olunub.

Koronavirusun yayılma xəritəsi və statistikası
Koronavirusun yayılma xəritəsi və statistikası

Mərkəzi Asiyanın Çinlə qonşu ölkələri virusun qarşısının alınması üçün fövqəladə tədbirlərə əl atırlar.

Fevralın 3-də Qırğızıstan hakimiyyət orqanları bildirmişdi ki, Qazaxıstan 18 qırğızın Çinin Vuhan şəhərindən gətirilməsində kömək edib.

Fevralın 2-də Qazaxıstan hökuməti Vuhandan 88 Qazaxıstan vətəndaşını evakuasiya etdiyini bildirmişdi. Bu da xəbər verilirdi ki, Qazaxıstan təyyarəsi ilə naməlum sayda Ermənistan, Belarus və Qırğızıstan vətəndaşı da evakuasiya edilib.

Tacikistanın Səhiyyə Nazirliyi bildirib ki, Çindən qayıtmış 285 ölkə vətəndaşı karantində saxlanır.

Fevralın 5-ə olan məlumata görə Mərkəzi Asiya ölkələrindən heç birində virusa yoluxma aşkar olunmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG