Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:12

Daşkənd polisi saqqal məsələsini təkzib edir


Jamoliddin Muhammadjon saxlanandan əvvəl və sonra

Daşkənd polisi onlarla kişinin saqqalının zorla qırxılmasını təkzib edib, həmin şəxslərin oğurlanmış mobil telefonları satmaqda şübhəli bilinənlərə qarşı reyd zamanı saxlandığını bildirib.

Polisin avqustun 27-də yaydığı bəyanata görə, “heç kəsin saqqalı zorla qırxılmayıb və qırxılmayacaq”, ancaq o da əlavə olunur ki, bəzi şəxslərin saqqalı olduğundan onlara tövsiyə olunub ki, təhlükəsizlik səbəbilə, biometrik pasportdakı fotoya bənzəmək üçün saqqalı qırxsınlar.

***

Özbəkistanda yenə də zorla saqqal qırxıldığı xəbər verilir

Özbəkistandan alınan xəbərlərdə təhlükəsizlik qüvvələrinin paytaxt Daşkəndin bazarlarından birində kişilərin saqqallarını zorla qırxdığı və bundan sonra onları sərbəst buraxdığı bildirlir.

Daşkəndin Malika bazarından adının çəkilməsini istəməyən bir satıcı AzadlıqRadiosuna deyib ki, o avqustun 23-də bazarda saxlanan onlarca kişidən biri olub.

O bildirib ki, saxlananları polis idarəsinə gərirərək burada saqqallarını qırxıb buraxıblar.

Başqa bir adam, Jamoliddin Muhammadjon Facebook-da yazıb ki, o da saxlananların arasında olub. O yazır ki, onu da polis şöbəsində saqqalını qırxmağa məcbur ediblər.

2016-cı ildə hakimiyyətə gələndən bəri, ölkənin yeni prezidenti Shavkat Mirziyoev din azadlığı üzərindəki bəzi məhdudlaşdırmaları yumşaldıb.

Bu da xəbər verilir ki, Özbəkistan hökuməti məktəblərdə və idarələrdə hicab geyinilməsini qadağan etməkdə davam edir.

1998-ci ildə qəbul edilmiş qanuna görə ictimai yerlərdə dini paltarların geyinilməsi qadağandır. Qanun yalnız din xadimləri üçün istisna edir.

Buna baxmayaraq Özbəkistanda vaxtaşırı saqqallı adamların saxlanması və saqqallarının zorla qırxdirilması barədə xəbərlər verilir. Hökumət bunu İslam ekstremizminə qarşı mübarizə kimi təqdim edir.

Bir çox internet istifadəçiləri polisin son hərəkətlərindən narazılıq ifadə edirlər və hakimiyyət orqanlarından baş verənlərə izahat istəyirlər.

Ötən həftə AzadlıqRadiosu xəbər vermişdi ki, Fərqanə şəhərində bir biznesmenə saqqallı olduğuna görə şəhər meri ilə görüşmək icazəsi verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG