Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 14:28

Özbəkistan şeyxi müsəlmanların Yeni ili qeyd etməsini şəriətə zidd saymır


Şeyx Abdulaziz Mansur

Özbəkistanın İslam Mədəniyyəti Mərkəzinin direktoru – şeyx Abdulaziz Mansur deyib ki, müsəlmanların yanvarın 1-də Yeni ili bayram etməsi şəriətə zidd deyil.

Şeyx Mansurun müsahibəsini Özbəkistanın rəsmi UZA.uz xəbər agentliyi yayıb. Şeyx müsahibəsində deyib:

"Belə qəbul olunub ki, müsəlmanlar 1 yanvar ərəfəsində bir-birlərini təbrik edir, ən səmimi arzularını bildirirlər. Bugün bütün dünyada milyonlarla müsəlman üçün Yeni ilin bayram edilməsi adi hala çevrilib. Belə bir vəziyyətdə onların xristianlara oxşadığını demək və ya onları kafir adlandırmaq məntiqlidirmi?”

Özbəkistanın şeyxi daha sonra deyib:

"Müsəlmanları kafir adlandırmaq kimi qəti qərarlar qəbul etməzdən əvvəl onların həqiqi etiqadlarını diqqətlə öyrənmək, İslamın əsaslarını yaxşı bilmək lazımdır”.

Səmərqənddə Yeni il bayramı (2017)
Səmərqənddə Yeni il bayramı (2017)

Yeni il Mərkəzi Asiyanın bir çox ölkələrində qeyd edilir, lakin son illər Özbəkistan, Tacikistan və Qırğızıstanda bəzi İslam təriqətlərinin davamçıları bu bayramın əleyhinə çıxırlar.

Onlar hesab edirlər ki, Yeni il xristianların dini bayramıdır.

2012-ci ildə Tacikistanın paytaxtı Düşənbədə Yeni il bayramı ərəfəsində əyninə Şaxta baba paltarı geyinmiş bir gənc qətlə yetirilmişdi. Ona hücum edənlər “kafir” deyə qışqırırdılar.

Sözü gedən gənc isə sadəcə olaraq öz qohumlarını təbrik etmək niyyətində idi.

Bu hadisədən sonra Tacikistanda “təhlükəsizlik mülahizələri ilə” məktəblərdə şam ağaclarının bəzədilməsi qadağan edilmişdi və şagirdlərin Yeni il bayramını qeyd etmələri tövsiyə olunmurdu.

Son bir neçə ildə Özbəkistanda da Daşkənd və Səmərqənd kimi böyük şəhərlərin sakinlərinə Yeni ili kafe, restoran və küçələrdə bayram etmək tövsiyə olunmurdu.

XS
SM
MD
LG