Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:11

'Övladımın gələcəyini Azərbaycanda görmürəm...'


Heydər Əliyevin heykəlinin sökülməsi tələb olunur
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Heydər Əliyevin heykəlinin sökülməsi tələb olunur

Bu gün 10 may keçmiş prezident Heydər Əliyevin doğum günüdür. Baş nazirin müavini Əli Əhmədov deyir ki, Heydər Əliyevin ideyaları Azərbaycanın gələcəyinə böyük inam yaradıb, insanlar övladlarının gələcəyindən narahat deyillər.

Amma 28 yaşlı Bakı sakini Xeyriyyə İsmayılova deyir ki, səhiyyədən tutmuş mədəniyyətə qədər ən müxtəlif sahələrdə övladının gələcəyi onu narahat edir. Ən çox da qızının yaxşı təhsil ala bilməsindən nigarandır:

“Ən azından məktəblərdəki durum məni çox narahat edir. İstəyərdim ki, qızım daha yaxşı inkişaf etmiş bir ölkədə oxusun. Azərbaycanda təhsilin səviyyəsi heç ürəkaçan deyil. Bütün bunlara görə də mən öz uşağımın gələcəyini Azərbaycanda görmürəm”.

Sosioloq Humay Axundzadə bildirir ki, Azərbaycanda Xeyriyyə kimi övladının gələcəyindən narahat olan valideynlərin sayı ildən-ilə artır. Onun fikrincə, bu, müasir dövrün tələblərindən, dəyərlərin sürətlə dəyişməsindən irəli gəlir. Amma əlavə edir ki, valideynlərin nigarançılığı məhz maddi sıxıntılardan da qaynaqlanır:

“Hazırda valideyn olmaq üçün daha çox pul lazımdır. Yəni, valideynliyin özü daha çox pul tələb edir. Bütün valideynlər övladlarının sağlam, xoşbəxt olmasını, həyatda özlərinə yer tapmasını, hörmətə və sevgiyə nail olmasını istəyirlər. Lakin indiki dövrün çətinliyi odur ki, valideynlərin arzuları əvvəlki kimi olsa da, bu arzulara çatmaq üsulları bəlli deyil. Ona görə də bu onların valideynlik funskiyasını gerçəkləşdirmələrinə əlavə gərginlik yaradır”.

Azərbaycanda sosial şəbəkələrdə tez-tez normal yaşayış şəraiti olmayan, övladını geyindirməyə, məktəbə göndərməyə, hətta yedizdirməyə belə imkanı çatmayan valideynlər haqqında məlumatlar yayılır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Uşaqlarınızın gələcəyindən nə dərəcədə narahatsız?
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Əli Əhmədov: "İnsanlarda övladlarının gələcəyi ilə bağlı qorxu yoxdur"

Baş nazirin müavini Əli Əhmədov isə deyir ki, Azərbaycan hökumətinin əsas hədəfi insanların rifahını yaxşılaşdırmaqdır. Trend İnformasiya Agentliyinin məlumatına görə, Əli Əhmədov bildirib ki, bir neçə ay ərzində 3 milyondan çox insanın həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb:

"Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinin bariz ifadəsidir. Bu günkü Azərbaycan gələcəyə ümid, gələcəyə nikbinliklə baxmaq, sabahın daha yaxşı olacağına inamdır".

Əli Əhmədov qeyd edib ki, indi insanlarda övladlarının gələcəyi ilə bağlı qorxu yoxdur, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur. O əlavə edib ki, Azərbaycan hökumətinin də elə əsas məqsədi budur.

Heydər Əliyev sağ olsaydı, hazırda Azərbaycanda vəziyyət necə olardı?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Filosof Niyazi Mehdi isə deyir ki, valideynlərin övladları ilə bağlı narahatlıq və nigarançılığı hər zaman olur. Övladının gələcəyi hər bir valideynin məsuliyyətidir. Onun sözlərinə görə, amma Azərbaycanda bu məsələni dərindən təhlil edəndə məlum olur ki, problemin kökündə həm də hökumətin öz öhdəliklərini gerçəkləşdirə bilməməsi dayanır:

"Bizdə narahatlıqlar, narazılıqlar elə səviyyədədir ki, normal ölkələrdə belə nigarançılıqlar olmaz. Bizdə təhsilin, səhiyyənin, iqtsadiyyatın səviyyəsi aşağıdır. Ona görə də insanlar öz uşaqlarının gələcəyini Azərbaycanda görmür. Çünki inkişaf etmiş ölkələrdə yaxşı mütəxəssis ola bilmək üçün təhsilin imkanları genişdir, təhsil yüksək səviyyədədir. Üstəlik yaxşı maaş, qonorarla iş tapmaq daha asandır. Ona görə də təhsil və tibbin səviyyəsini yüksəltmək dövlətin prioritetlərinə daxil olmalıdır".

Niyazi Mehdi hesab edir ki, Azərbaycanda təhsil və səhiyyənin keyfiyyəti artsa bu valideynlərin qayğısını və övladlarının gələcəyindən narahatlıqlarını qismən azalda bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG