Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Keçən il 20 min insanı heyvan dişləyib və...


“2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019-cu ilin ilk üç ayı ərzində beş minə yaxın şəxsdə bu cür hal qeydə alınıb”.

Bu barədə Səhiyyə Nazirliyinin aprelin 22-də yaydığı məlumatda yazılıb.

Məlumatda vurğulanır ki, heyvanların cırmaqlaması, dişləməsi quduzluq kimi ağır, infeksion xəstəliklə nəticələnə bilər:

“Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və sair yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər”.

Daha sonra bu xəstəlikə bağlı məlumat verilir:

“Xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir. Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi, antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir”.

Xatırlatma

Aprel ayının 16-da it dişləməsi diaqnozu ilə 2015-ci il təvəllüdlü H. M. xəstəxanaya yerləşdirib.

Səhiyyə Nazirliyi bildirir ki, onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir.

Bu gün, aprelin 22-də isə bir qrup heyvansevər Bakı Şəhər İcra Hakimiyyəti önünə toplaşıblar.

Onlar sahibsiz ev heyvanlarına qarşı sərt münasibətə etiraz ediblər. Onlar icra başçısı Eldar Əzizovla görüşmək istəsələr də, bu baş verməyib.

Şikayətçilər deyiblər ki, qısırlaşdırılan və peyvənd olunan itlər də yığışdırılıb aparılıb. Onlar itlərlə amansız davranıldığını vurğulayıblar. Şikayətçilərin fikrincə, heyvanlara münasibətdə də onların haqları qorunmalıdır.

XS
SM
MD
LG