Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:53

‘Ölməz polk’da nasist portretlərinə görə cinayət işi


Ötən il Kazanda keçirilmiş aksiya

Rusiya İstintaq Komitəsi 9 mayda internetdə keçirilən “Ölməz polk” aksiyası çərçivəsində “Üçüncü reyxin lideri Adolf Hitler və reyxsfürer Heinrikh Himmler də daxil nasistlərin portretlərini yerləşdirənlərə qarşı cinayət işi açıb.

Cinayət işləri “nasizmin dirçəldilməsi” ittihamı üzrə qaldırılıb. Bu maddə üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Komitədə əmindirlər ki, hazırda axtarışda olan şübhələlərin bu hərəkətdən məqsədləri “Nürnberq Beynəlxalq Tribunalının məhkum etdiyi şəxslərin cinayətlərinə haqq qazandırmaq” olub.

Qaldırılan cinayət işlərinin və şübhəlilərin sayı barədə məlumat verilmir.

“Qələbə könüllüləri” ictimai hərəkatının başçısı Olga Amelchenkova deyib ki, onun təşkilatı “Ölməz polk” saytına yerləşdirilməsinə cəhd olunan 3000-dən çox nasist portretini bloklayıb.

Buna baxmayaraq, saxta ad daşıyan bu portretlərdən bəziləri sayta yol tapa bilib. Bunlarlın arasında Heinrikh Himmlerin portreti də var idi. Ona “Rostov vilayətindən polkovnik Vasiliy Alekseev” adı qoymuşdular. SS reyxsfürerinin bu portretində heç bir hərbi tanıma nişanları yox idi.

Reyxsfüreri tanıya bilməyiblər

Bundan əvvəl gənc Hitlerin portreti “Kursk və Moskva yaxınlığında döyüşmüş və 1945-ci ildə Visla-Oder əməliyyatı zamanı həlak olmuş Sumin Vladimir Vladimirovich” saxta adı ilə “Qəhrəmanların adları” vətənpərvərlik saytına yol tapa bilmişdi.

Saytın moderatorları Almaniyanın nasist liderlərindən biri olan SS reyxsfürerini tanıya bilmədiklərini etiraf ediblər.

İstintaq Komitəsi bu insidentin də araşdırıldığını bildirib.

Hər il mayın 9-da Rusiya və keçmiş sovet respublikaları şəhərlərinin küçələrində yer alan “Ölməz polk” aksiyası bu il koronavirus pandemiyasına görə internetdə keçirilib.

Təşkilatçılar arzu edənlərə müharibə iştirakçısı olmuş yaxınlarının portretlərini xüsusi internet səhifələrinə yerləşdirmək imkanı vermişdilər.

XS
SM
MD
LG