Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 13:15

'Çudo Peçka'nın sahibi: '3 min vətəndaşa iş vermişəm'


'Çudo Peçka'nın sahibi həbs olunub
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

'Çudo Peçka'nın sahibi həbs olunub

Bakıdakı məşhur «Çudo Peçka» mağazalarının sahibi Çingiz Cəlilova 12 il həbs cəzası verildi. Avqustun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm çıxarılıb. İşadamı lisenziyası ləğv olunmuş «Bank Standard»ın təxminən 14 milyon manatını mənimsəməkdə təqsirli bilinib.

Amma Ç.Cəlilov özünü təqsirli bilmir. Hökmdən öncə son sözündə də günahsız olduğunu deyib. Hətta öz işini sabiq MTN generalı Akif Çovdarovun işi ilə müqayisə edib.

«Prokuror mənə 13 il iş istədi. Gərək 25 il istəyərdi. Mənim 60 yaşım var, nə qədər ömrüm qalıb ki? Akif Çovdarova 9 il (Bakı Hərbi Məhkəməsi A.Çovdarova 12 il həbs cəzası kəsib- red.) verdilər, mənə isə 13 il istəyir. Mən də Azərbaycanın, bu cəmiyyətin vətəndaşıyam. Mən 3 min vətəndaşa iş, maaş vermişəm. Bu qədər ədalətsizlik olar?», – Ç.Cəlilovun sözləridir.

O, Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyasından ədalətli qərar çıxarılmasını istəyib.

"Çudo Peçka"nın işçiləri etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Xatırlatma

Ç.Cəlilov 2016-cı ilin sentyabrında lisenziyası ləğv edilən «Bank Standard»ın təxminən 14 milyon manatını bankın İdarə Heyətinin sədri olmuş Səlim Krimanla əlbir olub mənimsəməkdə suçlanır. İş materiallarında yazılıb ki, o, S.Krimanla razılaşıb, dəyəri şişirdilmiş əmlaklar girov qoyaraq, «Bank Standard»dan 21 milyon 874 manat kredit götürüb.

Sonra da bir neçə dəfə restrukturizasiya (kredit və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirib. Son nəticədə 13 milyon 962 min manat mənimsənilib. İddia olunur ki, bu pul Cəlilovla Kriman arasında bölüşdürülüb.

Bank bu iş üzrə zərərçəkmiş qismində tanınıb və dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

Məhkəmə dəymiş ziyanın ödənilməsi məqsədilə Ç.Cəlilov və yaxınlarının adlarına olan bir sıra əmlakların müsadirəsinə qərar verib. Ç.Cəlilov həbs olunarkən onun və ailə üzvlərinin adına olan 7 milyon 300 min manatlıq əmlakın üzərinə həbs qoyulub.

«Çudo Peçka» və «ÇP Aqro» MMC-lərin təsisçisi olan Ç.Cəlilov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Ç.Cəlilov deyir ki, onu aldadıb yaxınlarının adlarına götürülmüş kreditləri başqaları mənimsəyiblər. İşadamı özəlliklə S.Krimanı günahlandırır. Bildirir ki, ayrılmış kreditlərin böyük hissəsi heç ona gəlib çatmayıb: «Səlim kredit borcları ilə bağlı verdiyi sözlərə əməl etmədi. Onunla görüşüb baş verənlərin səbəbini, bizi niyə məhkəməyə vermək istədiyini aydınlaşdırmaq istədim. Səlim dedi ki, bu, bankın rəhbəri Heydər Babayevin (keçmiş iqtisadi inkişaf naziri-red.) və xanımının qərarı idi».

S.Kriman da 41 epizod üzrə təqsirli bilinərək, barəsində axtarış qərarı çıxarılıb. O, banka 114 milyon 757 min manat ziyan vurmaqda suçlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG