Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:36

Yazıçı Çingiz Hüseynovun oğlu rus dili haqqında yazdıqlarına görə pislənir


Həsən Hüseynov
Həsən Hüseynov

Moskva Ali İqtisad Məktəbinin etika komissiyası professor Həsən Hüseynova rus dili haqqında yazdığı posta görə ictimaiyyət qarşısında üzr istəməyi tövsiyə edib.

Əslən azərbaycanlı Hüseynov tanınmış Azərbaycan yazıçısı Çingiz Hüseynovun oğludur.

Bu barədə məlumatı sözü gedən məktəbin mətbuat xidmətinə istinadən Interfax agentliyi yayıb.

Məktəbin bu barədə bəyanatında Hüseynovun postu “düşünülməmiş və məsuliyyətsiz” adlandırılır və deyilir ki, professorun qeydləri Ali İqtisad Məktəbi elmi-tədqiqat institunun reputasiyasına ziyan vurub.

AzadlıqRadiosu Rus xidmətinin yazdığına görə Hüseynov jurnalistlərə deyib ki, elmi müəssisənin rəhbərliyinə lazımi izahatı verib və hələlik heç kimdən üzr istəmək niyyətində deyil.

O bunu da deyib ki, postu fərdi şəxs kimi yazıb və məktəbin rəhbərliyindən heç bir tələb almayıb.

Məktəbin humanitar elmlər fakültəsinin müəllimi, fəlsəfə elmləri doktoru Həsən Hüseynov oktyabrın sonlarında özünün Facebook səhifəsində yazmışdı:

"Moskvada yüz minlərlərlə ukraynalı və tatar, qırğız və özbək, çinli və alman gündüz çıraqla axtarsa da, indi bu ölkənin danışdığı və yazdığı bu miskin və iylənmiş rus dilindən başqa heç nə tapa bilmir”.

Hüseynovun postu sosial şəbəkələrdə və mediada geniş mübahisələrə səbəb olub.

Onun yazdığı post sosial platformanın davranış qaydalarını pozduğuna görə Facebook rəhbərliyi tərəfindən silinib.

Professior daha sonra izah edib ki, o kütləvi-informasiya vasitələrində, sosial şəbəkələrdə və publisistikada işlədilən düşmənçilik və nifrət dili haqqında fikir bildirib.

Həsən Hüseynovun fikrincə bunlar “son dərəcə təhlükəli mühit və son dərəcə təhlükəli alətdir”.

Ötən həftə Həsən Hüseynovun sözləri barədə mübahisələrin davam etdiyi bir vaxtda prezident Vladimir Putin prezident yanında Rus Dili Şurasının iclasında çıxış edib.

O deyib ki, rus dilinin məkanını daraltmaq məqsədilə ona qarşı bütün dünyada müharibə elan edilib.

Prezidentin sözlərinə görə bunu edənlər “mağara rusofobları”, “marginallar” və “aqressiv millətçilərdir”.

Putin “Dövlət Dili” və “Rusiya Xalqlarının Dilləri” haqqında qanunlara düzəliş edilməsinə və dilə aid vahid lüğət və sorğu toplusunun hazırlanmasına çağırıb. O bildirib ki, dövlət orqanları kargüzarlıq və dəftərxana işlərində bu toplunu rəhbər tutmalı olacaqlar.

Putin öz çıxışında Həsən Hüseynovun adını çəkməyib

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG