Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Məhbuslardan zorla orqan çıxarıldığı iddia edilir


Forbes jurnalı yazır ki, ötən ay Londonda mənzillənmiş müstəqil tribunal Çində Falun Qonq sektasının üzvləri və uyqur müsəlmanlar da daxil, məhbuslardan satış məqsədilə orqanların götürülməsinə dair qərar qəbul edib.

“Çin Tribunalının” qərarında deyilir ki, Çində adamlardan orqanların zorla alınması praktikası bütün ölkə boyunca əhəmiyyətli miqyasda və uzun illər ərzində həyata keçirilib.

Tribunal bunu da billdirir ki, Çindəki transplantasiya sənayesinin bugün də fəaliyyətdə olduğunu inkar edən sübutlar yoxdur. Məhkəmənin rəyinə görə burdan belə bir qərara gəlmək olar ki, bu praktika indi də davam etdirilir.

Məhkəmə qərarında bu da deyilir ki, real transplantasiya rəqəmlərinin rəsmi göstəricilərdən qat-qat yüksək olduğunu düşünməyə əsas var.

Bunu orqan transplantasiyası siyahısında gözləmə müddətinin qısa olması və məhbuslardan alınan ifadələr də göstərir.

Bu da xəbər verilir ki, orqanlar adamlardan onlar hələ sağ olarkən götürülür.

Bəzi müstəqil hesablamalara görə Çində orqan industriyası milyardlarla dollar gəlir gətirir.

Vaxtilə Serbiya lideri Slobodan Milosevici mühakimə etmiş prokuror və hazırkı tribunalın sədri Geoffrey Nice deyib ki, Çində məhbuslardan orqanların götürülməsi praktikasının dayandığını isbat edən sübutlar yoxdur.

2014-cü ildə Çin hökuməti edam edilmiş məhbuslardan orqanların çıxarılması praktikasının dayandırılacağını vəd etmişdi. Lakin məhkəmə bu vədin yerinə yetirilmədiyinə dair qətnamə qəbul edib.

Tribunalda insan haqları qruplarının, müstəntiqlərin və tibb ekspertlərinin ifadələri dinlənilib.

Müxtəlif mənbələrdən daxil olan məlumatlar Çində hər il 60 minlə 100 min arasında insan orqanının çıxarıldığını göstərir.

Falun Qonq sektasından olan bir nəfər Guardian qəzetinə deyib ki, insanlar təxminən bir ay düşərgədə saxlandıqdan sonra, onların hamısı qandallanır və böyük bir xəstəxanaya aparılırdı. Orada onları müayinədən keçirir, rentgenə salır, qan götürürdülər.

Tribunalın qərarında bu da vurğulanır ki, Falun Qonq sektasının üzvlərinə və uyqurlara, orqanlarının götürülməsindən başqa həm də işgəncələr verilib.

Hakim lord Geoffrey Nice deyib ki, “ən faciəlisi insanların, beləcə heç bir səbəb olmadan öldürülməsinin cəzasız olaraq davam etdirilməsidir”.

Hakimin fikrincə bu, “son dərəcə əcaib planetdə bəzilərinin indilik hakimiyyət başında olmasının nəticəsidir”.

Bundan əvvəl buna bənzər hesabata cavabında Çinin Londondakı səfirliyi bildirmişdi ki, Pekin Dünya Səhiyyə Təşkilatının insan orqanlarının transplantasiyasına dair təlimatlarına tam əməl edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG