Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Çin prezidenti də Baydeni təbrik etdi


Çin prezidenti Tsi Tsinpin ABŞ-da prezidnet seçilmiş Co Baydeni seçki qələbəsi münasibətilə təbrik edib.

Çinin dövlət mediası xəbər verir ki, noyabrın 25-də səsləndirdiyi təbrikdə Tsi ümid etdiyini bildirib ki, o iki ölkə arasında münasibətlərin qarşılıqlı faydalı olacağına ümid bəsləyir.

Bu da xəbər verilir ki, Çinin vitse-prezidenti Vanq Qişan da ABŞ-da vitse-prezident seçilmiş Kamala Harrisi təbrik edib.

Bundan əvvəl Çinin Xarici İşlər Nazirliyi Baydeni artıq təbrik etmişdi, lakin Çin prezidenti ABŞ-ın hazırkı prezidenti Donald Trampın məğlubiyyətini qəbul etməsini gözləyirdi.

Çin prezidneti Tsi Baydeni yalnız Tramp ABŞ-da hakimiyyətin ötürülməsinə razılıq verəndən sonra təbrik edib.

Putin hələ də təbrik etməyib

Tramp hələ də məğlubiyyətini qəbul etməyib, lakin noyabrın 23-də öz administrasiyasına hakimiyyətin ötürülməsi proseduruna başlanması barədə göstəriş verib.

Bu göstəriş o deməkdir ki, Bayden dövlət kəşfiyyatı məlumatları ilə tanış ola biləcək.

AzadlıqRadiosu bildirir ki, Tsi 2016-cı ildə Trampı prezident seçilməsi münasibətilə dərhal təbrik etmişdi.

Prezident Tsidən fərqli olaraq Rusiya prezidenti Vladimir Putin Baydeni hələ də təbrik etməyib.

Kreml bildirib ki, Rusiya prezidenti yeni prezidenti təbrik etmək üçün ABŞ-da yaranmış “daxili siyasi qarşıdurmanın” bitməsini gözləyəcək.

ABŞ-da Donald Tramp hakimiyyətə gələndən bəri Vaşinqton və Pekin arasında münasibətlər pisləşib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG