Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:48

Çin yeni virusun yayılmasının qarşısını almağa çalışır


Çin xəstəxanalarından birində
Çin xəstəxanalarından birində

Çinin Hubey vilayəti indiyədək 18 nəfərin həyatına son qoymuş və 600 nəfəri yoluxdurmuş virusun qarşısının alınması məqsədilə inzibati əraziyə giriş-çıxışı bağlayıb.

Yanvarın 23-də bu virusun ilk dəfə qeydə alındığı Vuhan vilayətində nəqliyyat demək olar, tamamilə dayandırılıb. Bu vilayətdə 11 milyon əhali yaşayır.

Bəzi xəbərlərə görə vilayətin hakimiyyət orqanları adamların ağız örtüyü geyinməsinin icbari olduğunu elan edib.

Adamlara ictimai toplantılara qatılmamaq tövsiyə edilib.

Bu da xəbər verilir ki, Hubey vilayətində nəqliyyat vasitələrinin hərəkəti demək olar dayandırılıb.

Xəbərlərə görə Çinin paytaxtı Pekində böyük yeni ilə şənlikləri ləğv edilib.

Pekin yaxınlığındakı Hebey vilayətinin səhiyyə orqanları xəbər verirlər ki, sözü gedən koronavirusa yoluxmuş 80 yaşlı kişi vəfat edib.

Bu, Hubey vilayəti xaricində sözü gedən virusdan ilk ölüm halıdır.

Bu virusdan ölənlərin rəsmi sayı hazırda 18-dir.

Virus Çinin xaricində də yayılmaqdadır. Bu virusa yoluxanlar Sinqapur və Vyetnamda da qeydə alınıb.

Buna baxmayaraq Dünya Səhiyyə Təşkilatı bildirir ki, virusun yayılmasını hazırda “beynəlxalq miqyaslı həyəcan” adlandırmaq hələ tezdir.

Xəbər verilir ki, şərti adı 2019-nCoV olan virus əvvəllər insanlarda qeydə alınmayıb.

2000-ci illərin əvvəllərində 800 nəfəri öldürmüş SARS virusu da tipinə görə koronavirus idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG