Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Çexiya Rusiya səfirliyinin evlərindəki əcnəbiləri ölkədən çıxarıb


Praqadakı Rusiya səfirliyi
Praqadakı Rusiya səfirliyi

Çexiya ölkəyə qanunsuz gəlmiş və Rusiya səfirliyinin Praqada kirayələdiyi evlərdə yaşayan 4 xaricini ölkədən çıxarıb.

Çexiya mediasının verdiyi xəbərlərdə səfirlik əməkdaşlarının qonaqların qanunsuz yerləşdirilməsinə görə cərimələndiyi deyilir.

Xaricilərin hansı ölkənin vətəndaşları olduqları bildirilmir. Məlum olan budur ki, onları dekabrın əvvəllərində saxlayıblar.

Onların Çexiyaya gəlişinə 1 ildən 4 ilədək qadağan qoyulub.

Rusiya Çexiyada hökumətlərarası razılaşma əsasında bir sıra daşınmaz mülkiyyət obyektlərini kirayə edir.

Bu razılaşmaya görə səfirlik sözü gedən evlərdə öz əməkdaşlarını yerləşdirə bilər.

Ötən yazda Çexiyanın Deník N nəşri Rusiya səfrirliyinin bu evlərin bir hissəsini üçüncü şəxslərə kirayə verdiyini yazmışdı.

Jurnalistlər kirayə üçün ev elanlarını Booking.com və başqa saytlarda aşkar etmişdilər.

Deník N Çexiyada Rusiyanın icarəsində olan 4 bina haqqında məlumat dərc etmişdi.

Söhbət ümumilikdə 150 mənzildən gedir. Bu da məlum olub ki, bu evlərdə təkcə adamlar yaşamır, həm də Rusiya və başqa keçmiş sovet vətəndaşlarının adlarına şirkətlər qeydiyyatdan keçirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG