Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:00

Çexiya Rusiyadan 2014-cü il partlayışına görə təzminat tələb edir


Bu foto 2014-cü ildə Vrbetitsedəki anbarın xarabalıqlarında çəkilib
Bu foto 2014-cü ildə Vrbetitsedəki anbarın xarabalıqlarında çəkilib

Çex Respublikası 2014-cü ildə ölkənin silah anbarlarından birində baş vermiş partlayışa görə Rusiyadan təzminat tələb edir.

Təzminatın məbləği 25 milyon avro olaraq müəyyənləşdirilib.

Çexiya hökuməti bildirir ki, bu pulun yarısı Zlinsk rayonunun büdcəsinə daxil olacaq, habelə partlayış zamanı həlak olanların ailələrinə və əmlakına ziyan dəyənlərə ödənəcək.

Praqa bu partlayışın Rusiyanın kəşfiyyat agentləri tərəfindən törədildiyini iddia edir.

Çexiya ilk dəfə bu ilin aprel ayında Moskvanı bu partlayışa görə ittiham etdikdən sonra iki ölkə arasında diplomatik qarşıdurma yaranmışdı.

Çexiya çox sayda Rusiya diplomatının ölkədən xaric edilməsinə dair qərar qəbul etmişdi.

Moskva isə ittihamları rədd etmiş və qarşılıqlı addım kimi Rusiyadakı Çexiya diplomatlarını “persona non grata” elan etmişdi.

2014-cü ildə iki nəfərin ölümünə səbəb olmuş bu partlayışın səbəbi bu ilin aprelinədək müəmma olaraq qalırdı.

Çexiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın bu ölkədəki səfiri Aleksandr Zmeyevski iyunun 28-də nazirliyə dəvət olunub və tam kompensasiya barədə tələbnamə ona təqdim edilib.

Xarici işlər nazirinin müavini Martin Smolekin Zmeyevskiyə təqdim etdiyi notada Rusiya 2014-cü ildə Vrbetitsedəki silah anbarını partlatmaqla beynəlxalq qanunu pozmaqda ittiham edilir.

Moskvanın cavabı

Mosklva Praqanın bu tələbinə tez bir zamanda reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 28-da özünün Telegram kanalında yazıb:

“Heç bir araşdırma aparmadan hədələyərək və təhqir edərək ödəniş tələb edənlərə reketçi deyirlər”.

Çexiyanın bu partılayışı törətməkdə konkrert olaraq ittiham etdiyi iki Rusiya kəşfiyyatçısı həm də 2018-ci ildə İngiltərədə keçmiş Rusiya casusu Sergey Skripal və onun qızını zəhərləməkdə şübhəli bilinir.

Praqa bundan əvvəl söhbətin Aleksandr PetrovRuslan Boşirov adlı iki Rusiya agentindən getdiyini bildirmişdi.

Çexiya bu iki nəfəri beynəlxalq axtarışa verib.

Çexiya Xarici İşlər Nazirliyinin məlumatında bu da deyilir ki, Smolek Rusiyadan, Çex Respublikasını “qeyri-dost” ölkə kimi xarakterizə edən qərarını ləğv etməyi rica edib.

Birləşmiş Ştatlara da tətbiq olunmuş bu yarlıq xarici səfirlik və konsulluqların yerli şəxsləri işə götürməsini məhdudlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG