Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 10:15

Çexiya ‘koronavirus təcrübəsini’ Azərbaycanla bölüşməyə hazırdır (VIDEO)


Koronavirus cərimələri ikiqat artırıldı - Vətəndaşlar və ekspertlər nə düşünür?
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

Koronavirus cərimələri ikiqat artırıldı - Vətəndaşlar və ekspertlər nə düşünür?

Çexiyanın paytaxtı Praqada həyat yavaş -yavaş öz axarına dönür.

Pivəxanalar yenə doludur, Şengen ölkələri ilə sərhədlər açılıb.

Pandemiyadan öncə hər il milyonlarla turist qəbul edən Çexiyaya az da olsa yenə də turistlər gəlməyə başlayıb.

Çexiyanın səhiyyə naziri Adam VojtechAzadlıqRadiosuna deyir ki, Azərbaycan hökuməti və xalqı da çalışsa, koronavirusun yayılmasını nəzarət altına ala bilər:

“Azərbaycan xalqına can sağlığı, uğurlar arzu edirəm indiki durumda. Ümid edirəm ki, Azərbaycan hökuməti də bizim etdiyimiz kimi uğurlu metodlardan istifadə edə biləcək. Bu, bizim uğurumuzu təmin etdi. Biz kifayət qədər sərt məhdudiyyətlər qoymaqdan çəkinmədik. Amma bu, çox faydalı oldu. Hökumətin necə fəaliyyət göstərməsi, siyasətçilərin necə fəaliyyət göstərməsi olduqca vacibdir”.

Çexiyanın səhiyyə naziri Azərbaycana: 'Çalışın, siz də bacaracaqsız'
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Əhalinin öz məsuliyyəti

Adam Vojtech deyir ki, Çexiyanın uğurunda həlledici məsələlərdən biri də əhalinin öz məsuliyyətini dərk etməsi oldu. Onun sözlərinə görə, Çexiya maska taxmağı tələb kimi qoyan ilk ölkələrdən biri oldu. Səhiyyə naziri deyir ki, maska taxmaq olduqca vacibdir. O bildirir ki, başqa bir vacib məsələ, fövqəladə vəziyyətin elan olunmasıdır.

“Bu durumda fövqəladə vəziyyətin elan olunması çox təbii bir tələbdir. Biz də belə etdik. Mart ayında, pandemiya başlayan kimi fövqəladə vəziyyət elan etdik. Çünki əhalinin sağlamlığını qorumaq üçün insanlar arasında ünsiyyəti məhdudlaşdırmaq olduqca vacibdir. Çünki bu, infeksion xəstəlikdir və insanlara bir-birindən keçir. Odur ki, əhalinin hərəkətini məhdudlaşdırmaq son dərəcədə vacibdir. Fövqəladə vəziyyət isə hərəkəti və ünsiyyəti məhdudlaşdırmağa imkan verir. Bu halda isə əlbəttə ki, əhaliyə müəyyən ödənişlər, subsidiyalar verməyə ehtiyac var. Bizdə də Çexiya hökuməti restoran, mağaza və koronavirusa görə zərbə alan başqa bizneslərə yardım etdi. Azərbaycanda da sahibkarları dəstəkləmək çox vacibdir”.

Azərbaycanda virus cəhaləti: Xəstəliyə inanmayan kimlərdi?
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Bu ikinci dalğa deyil

Azərbaycan hökuməti hələki, fövqəladə vəziyyət elan etməyib, lazım olarsa, bunu edəcəyini deyir. Amma bəzi sahibkarlara vergi güzəştləri edilib, imkansız ailələrə 190 manatlıq yardım verilib. Buna baxmayaraq müxalifət partiyaları bu tədbirlərin yetərli olmadığını bildirir.

Çexiyanın səhiyyə naziri Adam Voytech deyir ki, öz təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır:

“Biz öz təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq. Amma indiyə qədər sizin hökumətdən bizimlə əlaqə saxlayan olmayıb. Amma əgər Azərbaycan hökuməti və ya epidemioloqları müraciət edərsə, biz əməkdaşlığa və dəstəyə hazırıq”.

Əhalisi təqribən 10 milyon olan Çexiyada ən çox yoluxma halı martda qeydə alınıb-gündəlik təqribən 370 nəfər civarında.

Aprelin ortalarından yoluxma günə əsasən 100 nəfərdən az olub.

Son iki gündə yoluxma sayı 3 dəfəyə qədər artsa da, səhiyyə naziri yerli mediaya deyib ki, bu, lokal xarakterli yoluxmadır və yalnız virusun çox yayıldığı Karvina şəhərində kütləvi testləşmənin aparılması ilə bağlıdır və ikinci dalğanın başlaması anlamına gəlmir.

"Azərbaycanda koronavirusla mübarizədə İsveç modeli tətbiq olunsun"
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

XS
SM
MD
LG