Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

Azərbaycandan Rusiyaya işləməyə gedənlərin sayı azalmaqdadır


Yanvarın 15-də Rusiyada miqrasiya şərtləri ilə bağlı yeni qanun qüvvəyə minəcək
Yanvarın 15-də Rusiyada miqrasiya şərtləri ilə bağlı yeni qanun qüvvəyə minəcək

Hazırda Rusiyada yaşayan və işləyən azərbaycanlıların vəziyyətinin narahatlıq doğurduğunu təkcə onların özləri və ya ayrı-ayrı ekspertlər deyil, dövlət rəsmiləri də bildiriblər. Rusiyada yanvarın 15-dən işçi miqrantlarla bağlı qüvvəyə minəcək yeni qanuna görə Rusiyaya iş üçün gedən şəxslər bu ölkədə işləmək üçün miqrasiya xidmətinə ərizə ilə müraciət etməli və ticarətin hansı növü ilə məşğul olmaq istədiyini göstərməlidir.


Həmin qanunun azərbaycanlılara mümkün təsirini öyrənmək və yarana biləcək problemlərin həlli üçün Azərbaycan hökuməti ayrıca komissiya da yaradıb.


Dünya azərbaycanlılarının problemləri ilə bağlı araşdırmalar aparmış Yurddaş Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Mais Səfərli bildirir ki, hazırda Rusiyada işləyən azərbaycanlılar təkcə özlərinin yeni qanundan sonra üzləşə biləcəkləri problemlərdən deyil, həm də Azərbaycandakı doğmalarına və qohum-əqrəbalarına görə, narahatdırlar. Çünki, onların əksəriyyəti məhz yaxınlarının Rusiyadan göndərdiyi pula dolanırlar.


Mais Səfərli hesab edir ki, digər miqrantlarla nisbətdə Rusiyada gedən bu prosesdən azərbaycanlılar daha az ziyanla çıxa bilərlər: «Müşahidələrimiz göstərir ki, azərbaycanlılar ən az itkilərə məruz qalanlar olacaqlar. Bu da Azərbaycan hökumətinin və şəxsən prezidentin gördüyü tədbirlərin nəticəsindədir». Mais Səfərli bununla belə, sənədləri qaydasında olmayan bəzi azərbaycanlıların bu prosesdən zərər çəkəcəklərini də istisna etmir.


Amma, mütəxəssislərin fikrincə, bu prosesdən sənədləri qaydasında olanların da əziyyət çəkməsi mümkündür. Çünki, qanunları yerlərdə icra edənlərin subyektiv münasibəti çox şeyi həll edir.


Rusiyanın hazırkı dövründə isə ümumiyyətlə miqrantlara münasibət ürəkaçan deyil.


Rusiyada yaşayan azərbaycanlılara necə kömək etmək məsələsinə gəlincə, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Arif Rəhimzadə hesab edib edir ki, Rusiyada bu məsələ ilə məşğul olan operativ bir qərargah yaradılmalıdır.


Mais Səfərli isə hesab edir ki, Rusiya ilə Azərbaycan arasında vizasız gediş-gəliş sistemi haqqında müqavilə mövcuddur. Bu müqavilə üzərində işləməklə oradakı azərbaycanlılara daha çox kömək eləmək olar: «Biz o müqaviləyə istinad edərək azərbaycanlıların Rusiyada müddətsiz qalmalarına və işləmələrinə nail olmağa çalışmalıyıq».


Hazırda Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova deyir ki, Azərbaycanda və Rusiyada miqrasiya ilə məşğul olan nazirliklər yanvarın 15-də onun ölkəsində miqrasiya şərtləri ilə bağlı qüvvəyə minəcək qanunun müzakirəsi üçün görüşlər keçirirlər. Orlovanın sözlərinə görə indi Rusiyada bazar fəaliyyəti ilə bağlı qanun hazırlanır. Bu qanun da əmək miqrantlarının Rusiyada fəaliyyətini tənzimləyəcək. Son vaxtlar Azərbaycandan Rusiyaya işləməyə gedənlərin sayı da azalmaqdadır. Ekspertlərin bir qismi bunu Rusiyada miqrantların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqələndirsələr də bu fikirlə razılaşmayanlar da var. Mais Səfərli bildirir ki, gedənlərin sayının azalması Azərbaycanda iqtisadi inkişafla da bağlı ola bilər: «Ölkənin özündə pul qazanmaq imkanları artdıqca kənara işləməyə gedənlərin sayı azalır». Onun fikrincə, Rusiyada kriminogen vəziyyətin təkcə miqrantlar üçün deyil, rusların özləri üçün də pis olması miqrasiya prosesini azaldır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG