Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:18

Rusiyada miqrantlara şans verilə bilər


Moskva meriyası miqrasiya ilə bağlı yeni qaydaları açıqlayıb
Moskva meriyası miqrasiya ilə bağlı yeni qaydaları açıqlayıb
Rusiyada ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həllinə dair prezidentin verdiyi sərəncamından sonra Ümumrusiya Azərbaycanlıları Konqresində azərbaycanlılarla bağlı komissiya yaradılıb. Bu haqda «Azadlıq» radiosuna Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində şöbə müdiri Şakir Səlimov bildirib.

Dekabrın 4-dən isə Bakıda Rusiyadakı komissiya ilə işi əlaqələndirmək üçün qərargah və «qaynar xətt» fəaliyyətə başlayacaq.


Miqrantlarla bağlı Rusiya hökumətində bir qədər yumşalma hiss olunduğunu deyən Şakir Səlimov qeyd edir ki, dekabrın 1-də Moskva meriyası 2007-ci il yanvarın 15-dən miqrasiya ilə bağlı yeni qanunun qüvvəyə minməsindən sonra tətbiq olunacaq qaydaları açıqlayıb. Həmin qaydalara əsasən, Rusiya paytaxtına işləməyə gedən miqrantlar ölkəyə daxil olan kimi Miqrasiya Xidmətinə rəsmi məktubla müraciət etməli və ticarətin hansı növüylə məşğul olmaq istədiyini göstərməlidirlər. Həmin müraciətlərə isə 10 gün müddətində cavab verilməlidir.


Moskva meriyasının miqrantlarla bağlı daha bir yumşaldıcı addımı isə Moskvada indiyə qədər qeydiyyata düşmədən ticarətlə məşğul olanlarla bağlıdır. Meriya təklif edir ki, indiyə qədər Moskvada qeydiyyatsız yaşayanlara da yeni qanun qüvvəyə minənə qədər qeydiyyatla bağlı bütün sənədlərini qaydaya salmaları üçün şans verilsin.


Şakir Səlimov deyir ki, miqrantlara qarşı başlanan təzyiqlərdən sonra Moskvanın boşalan bazarları ilə yerli iş adamlarının maraqlanmaması bir sıra problemlər yaradıb. Elə bu baxımdan da Moskva meriyası miqrantlarla bağlı bəzi qaydaların yumşaldılmasının tərəfdarı kimi çıxış edir.


Prezident İlham Əliyevin noyabrın 22-də verdiyi sərəncamla Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli ilə bağlı Baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Komissiyaya Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının problemləri ilə bağlı bir ay müddətində tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Rusiyada çalışan azərbaycanlılarının problemləri Rusiya Federasiyasının Baş naziri Mixail Fradkovun dekabrın 4-də Bakıya rəsmi səfəri zamanı müzakirə olunacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG