Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:09

Müdafiə naziri səngərdə


Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində

Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində

“Şəxsi heyət daim Vətənə sədaqətlə xidmət etməli və ali baş komandanın əmri ilə işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an hazır olmalıdır”.

Cəbhə bölgəsindəki hərbi hissələrdən birinə səfər edən müdafiə naziri Zakir Həsənov şəxsi heyət qarşısında çıxışında belə deyib.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, nazir ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini ifadə edib. O, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

Buna da bax:​ Müdafiə naziri Murovdağda

Z.Həsənovun Ermənistan silahlı bölmələrinin mövqelərini müşahidə etdiyi, ərazidəki əməliyyat şəraiti barədə məruzəni dinlədiyi bildirilir.

Səngərlərdə növbətçiliyi də yoxlayan nazir şəxsi heyətin məişət şəraiti ilə də maraqlanıb.

Z.Həsənov nazirliyin rəhbər heyəti ilə birgə şəxsi heyətlə nahar edib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Buna da bax:​ Zakir Həsənov 'İsgəndər'dən danışdı

Aprel döyüşlərindən sonra müdafiə naziri tez-tez cəbhə bölgələrinə səfər edir. O, indi də oktyabrın 12-dən cəbhə bölgəsindədir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG