Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:37

Müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər heyəti oktyabrın 12-də cəbhə zonasında yerləşən hərbi hissələrdə olub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Nazirlik qeyd edir ki, Odundağ zirvəsi və Murovdağ bölgəsindəki bölmələrdə olan nazir üzbəüz yerləşən mövqeləri müşahidə edib.

Müdafiənin ön xəttində növbə çəkən şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə tanış olub.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Aprel döyüşlərindən sonra müdafiə naziri tez-tez cəbhə bölgələrinə səfər edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG