Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin oktyabrın 11-də yaydığı məlumatda bildirilir.

«Azərbaycanın səylərinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır»,-deyə müdafiə naziri Zakir Həsənov şəxsi heyət qarşısında çıxışında qeyd edib.

O vurğulayıb ki, Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatları var. Nazirin deməsinə görə, bu bölgədəki hərbi balansı Ermənistanın xeyrinə dəyişməyib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Aprelin 5-də tərəflər Moskvada atəşkəslə bağlı yenidən razılaşma əldə ediblər. Ancaq sonrakı günlərdə də tərəflər atəşkəsin pozulması ilə bağlı bir-birlərini ittiham ediblər. Daha sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq atəşkəsin pozulması ilə bağlı xəbərlər, hələ də, gəlməkdədir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG