Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:02

Ədliyyə Nazirliyi ADR-i qeydiyyata almaqdan imtina edib


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb.

Bu barədə Qubad İbadoğlu «Amerikanın Səsi»nə açıqlama verib.

Qubad İbadoğlu Ədliyyə Nazirliyinin cavabını siyasi adlandırıb:

«Əslində baş verənlər bizim üçün gözlənilən idi. Ədliyyə Nazirliyinin qərarı hüquqi müstəvidə deyil, siyasi əsasda verəcəyinə şübhəmiz yox idi. Sənədlərin hazırlanması və təqdimatı prosesi ADR Hərəkatının üzvü olan hüquqşünaslarla məsləhətləşərək müvafiq qanunvericiliyə uyğun həyata keçirilsə də, Ədliyyə Nazirliyi ADR Hərəkatını qeydiyyata almaqdan imtina etmiş və bəzi texniki iradlarla sənədləri geri qaytarmışdır. Həmin iradlar nəzərə alınmaqla ADR Hərəkatının sənədlərini yaxın günlərdə yenidən qeydiyyata təqdim edəcəyik. Bu istiqamətdə fəaliyyətimizi Azərbaycan qanunvericiliyi əsasında davam etdirmək niyyətindəyik. Yenidən qeydiyyatdan imtina olunarsa, o halda ADR Hərəkatının İdarə Heyətinin qərarları əsasında növbəti addımlarımızı müəyyənləşdirəcəyik».

Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları «Azərbaycan Demokratiya və Rifah» (ADR) Hərəkatının yaradılması haqqında 2014-cü il dekabrın 4-də bəyannamə yayıb. 2015-ci il fevralın 21-də təsis konfransı keçirilib.

Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG