Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:20

-

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının lideri Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış aparılıb.

Bu barədə hazırda ABŞ-da olan iqtisadçı Qubad İbadoğlu öz «facebook» səhifəsində yazıb. O bildirib ki, mərkəzin bütün kompüterləri və maliyyə-mühasibat sənədləri müsadirə edilib.

«Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış axtarıb. Üç saatadək davam edən axtarışdan sonra Mərkəzin bütün kompüterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar. Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-lərin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb» – deyə Qubad İbadoğlu qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG