Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:30

Qubad İbadoğlu İsa Qəmbəri günahlandırır: «Arif Hacılı sadəcə icraçıdır»


Müsavatın qurultayı
Müsavatın qurultayı

-

Ötən həftə Müsavat Partiyasından çıxarılan, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu AzadlıqRadiosunun suallarını cavablandırıb. ABŞ-a yollanan İbadoğlu İstanbul aeroportunda suallarımıza qısaca, necə deyərlər, qaçaraq, ayaqüstü cavab verib.

- Bundan sonra hansı addımları atacaqsınız? Parlament seçkiləri öncəsi yeni partiya yaradacaqsınız?

- Fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsis konfransı olacaq. Təsis konfransında ADR hərəkatının Nizamnaməsi və Proqramı, 2015-ci il üçün Fəaliyyət Planı və 2015-2018-ci il üçün Strategiyası qəbul olunacaq. Toplantıda, həmçinin, ADR hərəkatının rəhbərliyinə seçkilər keçiriləcək. Onun mərkəzi idarəetmə strukturları formalaşacaq. Bu toplantıda ADR hərəkatının partiyaya çevrilməsi ilə bağlı müzakirələr gözlənilmir. Hərəkat İctimai Birlik statusunda fəaliyyət göstərmək niyyətindədir. Təsis konfransından sonra hərəkatın sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunacaq.

- Son günlərdə partiya faktiki ikiyə bölünüb. Sizin partiyadan çıxarılmanızdan sonra istefalar artır. Buna son vermək üçün tərəfdaşlarınıza «dur» deyəcəksinizmi?

- Partiyada əks və tənqidi fikirli şəxslərə qarşı repressiyalar gedir, bir ailənin başçılığı ilə bir qrup partiyanı özəlləşdirmək istəyir. Amma biz buna yol verməyəcəyik. Bir də biz istefaların qarşısını almasaydıq, bəlkə də indiyədək yüzlərlə adam partiyadan getmişdi. Biz hər vəchlə istefaların qarşısını almağa çalışırıq. Bəzən buna nail oluruq, bəzən isə yox.

- Hadisələrin bu nöqtəyə gəlməsində kimi və ya kimləri qınayırsınız?

- Baş verənlərə görə real başqanı qınayıram, nominal başqan sadəcə icraçıdır.

- Yeri gəlmişkən, bu gün bir qrup müsavatçı sizin partiyadan uzaqlaşdırılmağınız və, ümumiyyətlə, Müsavatda baş verənlərlə bağlı rəhbərliyə müraciət edib, məsələnin araşdırılmasını istəyiblər. Sizcə, məsələyə yenidən baxıla bilərmi?

- Gözləyək, alınmazsa, müvafiq qərarlarımız olacaq.

- Bir məqam da. Müsavatdan uzaqlaşdırılmanızla bağlı yaydığınız bəyanatda demisiniz ki, ilan ulduz görməsə ölməz, ulduzun görünməsinə - parlament seçkilərinə az qalıb. Nəyi nəzərdə tuturdunuz?

- Partiyanın indiki rəhbərliyinin nə yolla olursa olsun parlamentə düşmək istəyini... Üzrlü sayın, artıq vaxtdır, mən getməliyəm.

- O zaman yaxşı yol.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG